gundem
27.03.2019, 13:23
Şəhidimiz dəfn olundu - FOTOLAR
Xəbər verdiyimiz kimi, martın 26-da Füzuli rayonu istiqamətində Azərbaycan ordusunun əsgəri Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.
Azərbaycan ordusunun əsgəri Əlləzov Əlləz Ələddin oğlunun nəşi doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndindəki evinə gətirilib. Şəhidimiz bu gün torpağa tapşırılıb.