Azərbaycan Premyer Liqasında növbəti oyunlar - AFİŞA



















Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək, ilk oyun günündə Bakıda iki qarşılaşma keçiriləcək. Açılış matçında "Zirə" "Səbail"i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşmanı Vüqar Həsənlinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Meydan sahibləri hazırda 22 xallla 6-cı, qonaqlar isə 31 xalla 3-cü pillədə qərarlaşıb. Komandalar Premyer Liqada indiyədək 7 dəfə üz-üzə gəliblər. "Zirə" bunların son 2-də qol buraxmayıb. Cari mövsüm I dövrədəki matçın texniki nəticəsi nəzərə alınmasa, "Səbail" çempionatda rəqibini məğlub edə bilməyib. Topların nisbəti "Zirə"nin xeyrinədir - 7:2.

Günün digər oyunu "Ask Arena"da təşkil olunacaq. FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüşdə çempionluğa iddialı "Neftçi" "Keşlə"nin qonağı olacaq. Hazırda 45 xalla "Qarabağ"la birgə şərikli lider olan flaqman qələbə qazanmaq niyyətindədir. 19 xalla 7-ci yerdəki "Keşlə" isə autsayderlər sırasından xilas olmağa çalışacaq. Komandalar Azərbaycan çempionatları tarixində 58 dəfə üz-üzə gəliblər. Bunların 30-da "Neftçi", 14-də isə meydan sahibləri qələbə qazanıb.Topların nisbətində də "ağ-qaralar"ın aşkar üstünlüyü var - 89:58.

Qeyd edək ki, XXII turun digər iki oyunu aprelin 1-də keçiriləcək. "Qəbələ" "Sabah"ı, "Sumqayıt" isə "Qarabağ"ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası, XII tur

30 mart (şənbə)

16:00. “Zirə” – “Səbail”

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Zirə İdman Kompleksinin stadionu

I dövrə - 0:3 (texniki nəticə), II dövrə - 0:0, III dövrə - 2:0

18:30. “Keşlə” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Rəşad Əhmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Elbrus Abbasov

“ASK Arena"

I dövrə - 0:2, II dövrə - 0:1, III dövrə - 0:2.


Oxunub: 968

Son xəbərlər

Daha 2 məktəb direktoru cəzalandırıldı

Yeni Günəşlidə yolu kim dağıdıb – “Parla Residence”, yoxsa “Golden Rose”?/FOTOLAR

Azərbaycanda liftlərin təhlükəsizliyi ilə bağlı reqlament hazırlandı

İki Cəbrayılovun dağıtdığı BİR RAYON - AXI NİYƏ?..

Nigar Rəhimova qazini polisə verdi -SƏBƏB

Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO

Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?

Avstriyanın Prezidenti İlham Əliyevi Azərbaycanın milli bayramı münasibətilə təbrik edib

Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?

Bu cərimələr 10 gün ərzində ödənilərsə, güzəşt tətbiq ediləcək

İntiqam Babayevin yerinə yeni TƏYİNAT

DGK-nın “Azərterminalkompleks” Birliyinin 66 minlik tenderi baş tutmadı

“Worker” MMC-nin rəhbəri İlknur Abbasov xaricdə işə düzəltmə ilə vətəndaşları aldadır?

İcra başçıları nə qədər maaş alır? - SİYAHI

Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra

Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?

Azərbaycanda bu ödənişlər 10 dəfəyədək artırılır

Məhkəmə Ermənistana casusluqda ittiham olunan şəxsə ağır cəza verdi

Sürücülərin nəzərinə: Cərimələrlə bağlı yenilik

Bu şəxslər məsuliyyətə cəlb olunmayacaq

Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları -İstehlakçılar necə aldadılır?

“Azərbaycanda Yeni Kəbə inşa edilsin” - Deputat

Bu 3 içki Alzheimer riskini artırır

İrandan gələn bu ərzaq məhsulları bahalaşacaq

Azərbaycanla Türkmənistan arasında dəhliz: Nazir açıqladı

Bu yol bağlıdır - Sürücülərin nəzərinə!

Azərbaycanda valyuta əməliyyatları ilə bağlı tələb dəyişdi

Kim daha çox məşq etməlidir: Qadınlar, yoxsa kişilər?

İlham Əliyev "GlobE Network"un altıncı plenar iclasın iştirakçılarına müraciət etdi

Ən təhlükəli vulkan püskürə bilər - Turistlərə xəbərdarlıq

Bütün xəbərlər