Elçin Quliyev Ermənistanla sərhəddə - FOTO



















Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
Bu barədə DSX-nın mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində yerli ictimaiyyət nümayəndələri ilə görüşlər keçirilib, dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi məqsədilə sərhədçilərə göstərilən hərtərəfli dəstəyə görə minnətdarlıq bildirilib, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

Dövlət Sərhəd Xidmətinin rəisi Qazax rayonunun icra hakimiyyətinin başçısı və yerli ictimaiyyət nümayəndələri ilə birgə təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində olub.

Burada aparılan mühəndis təminatı və döyüş mövqelərinin möhkəmləndirilməsi işlərinə yerində baxış keçirib, zabit və əsgərlərlə söhbət aparıb, xidməti-döyüş fəaliyyətinin nəticələri haqqında məruzələri dinləyib.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişlərinə uyğun olaraq xidməti ərazidə müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması, şəxsi heyət üçün lazımi xidməti və məişət şəraitinin yaradılması, hərbi hissələrdə və bilavasitə təmas xəttində yeni xidməti binaların və əsgər kazarmalarının inşa edilməsi istiqamətində görülən işlərin gücləndirilməsi barədə tapşırıqlar verilib.

Səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi və digər vəzifəli şəxsləri mart ayının 26-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatı nəticəsində Füzuli rayonu istiqamətində şəhid olmuş Qazax rayonunun Yuxarı Salahlı kənd sakini əsgər Əlləzov Əlləz Ələddin oğlunun yas mərasimində iştirak etmiş, qəhrəman əsgərin valideynlərinə baş sağlığı veriblər.


Elçin Quliyev Ermənistanla sərhəddə - FOTO
Elçin Quliyev Ermənistanla sərhəddə - FOTO
Elçin Quliyev Ermənistanla sərhəddə - FOTO
Elçin Quliyev Ermənistanla sərhəddə - FOTO


Oxunub: 926

Son xəbərlər

“Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı.”

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Yeddinci hissə

Stiv Cobsun xoşbəxtlik və uğur üçün əsas tövsiyəsi - Alimlər onunla razıdır

Bakı Ağır Cinayətlər Məhkəməsində yeni hakim

Vahid pasport sistemi yaradıldı

İnsanlar hansı yaşda valideynlərinə oxşamağa başlayır?

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışdı

Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!

Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib

"Zümrüd Residence"də bədbaxt hadisə - 8 yaşlı uşaq öldü

Goranboyda hərbi maşını qəzaya düşdü

Boğazına arı gedən milyarder öldü

Zakir Həsənov İrana başsağlığı verdi

Paşinyan: Bakı ilə sülh müqaviləsi üzrə məsləhətləşmələr aparırıq

Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir

Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?

Rusiya Azərbaycana təşəkkür edib

Qurtuluş gününün havası

"Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur" - Hikmət Hacıyev

İsrailin zərbəsi nəticəsində 60 nəfər ölüb

“AF BEACH HOTEL”də Aynur Dadayeva işçilərin maaşını vermir

Xətaidə konsert proqramı təşkil olundu - VİDEO+FOTO

“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!

 Tərtərdə məmurlar ƏL-ƏLƏ VERİB.. . BÜDCƏNİ DAĞIDIRLAR

6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT

Kölgədə qalanlar: diplomlu, bacarıqlı, işsiz…

İranın Baş Qərargah rəisinin iki müavini öldürülüb

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

İki cüdoçumuz dünya çempionatında mübarizəyə qoşulur

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Bütün xəbərlər