gundem / siyaset
11.04.2019, 12:29
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş tarixi açıqlandı
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zohrab Mnatsakanyanın görüşü aprelin 15-də Moskvada baş tutacaq.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan bildirib.
O əlavə edib ki, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupu həmsədr ölkəsinin XİN rəhbəri qismində iştirak edəcək.