gundem / sosial / maraqli
24.04.2019, 09:48
Smartfonun 100% enerji toplaması TƏHLÜKƏLİDİR
Smartfonun 100% enerji toplaması akkumulyatorun xidmət müddətini azaldır.
Bu haqda “Mail.ru Hi-Tech” portalının rəhbəri Dmitri Ryabin deyib.
“Smartfonun 100% enerji toplamasından sonra çox az sayda istifadəçi cihazı “rozetka”dan ayırır. Enerji yığmaqda olan smartfon 100% şarjı dəstəkləmək üçün enerji toplamağa davam edir və batareya şəbəkədəki gərginliyin təsiri altında qızmağa davam edir” – o, deyib.
Ekspertin sözlərinə görə, smartfon 90% enerji topladıqda onu “rozetka”dan ayırmaq məsləhətdir.Yenicag.az