Ağsuda şəhid anasının evinin təmiri niyə yarımçıq qalıb? - ARAŞDIRMA - VİDEO










Ağsu rayonunun Qaraqaşlı kənd sakini, şəhid anası Adilə Səlimovanın bərbad vəziyyətdə olan evinin təmiri üçün görülən işlər yarımçıq qalıb.

ONA-nın yerli bürosunun xəbərinə görə, şəhid İlqar Səlimovun anası Adilə Səlimova yaşadığı evin təmiri üçün iki il öncə rayon rəhbərliyindən kömək istəyib.

Vəsait ayrılıb, evin dam örtüyü, pəncərələri dəyişdirilib, evin divarlarında bərpa işləri görülüb, lakin bir ildən çoxdur ki, evin otaqları, sanitar qovşağı, mətbəxində heç bir təmir işi görülməyib. Lazım olan tikinti materialları alınmadığı üçün ustalar işi yarımçıq qoyaraq gediblər.

Şəhidin qardaşı Yadigar Səlimov 90 yaşlı anası və ailəsi ilə birgə bu şəraitsiz evdə yaşayır. O, evdə təmir-bərpa işləri üçün Nadir Səfərov adlı iş icraçısına 13 min manat pul verildiyini, lakin həmin pulla evdə təmir işlərinin tamamlanmadığını bildirib: “Aidiyyəti qurumlara müraciət etmişik, hələ köməklik edən yoxdur”.

Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz Ağsu Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsinin əməkdaşı Rəvan Feyzullayev ONA-nın yerli bürosuna müsahibəsində bildirib ki, bir neçə il əvvəl dövlət tərəfindən şəhid İlqar Səlimovun ailəsinə yeni mənzil verilib. Şəhid anası Adilə Səlimova hazırda gəlini və nəvəsi ilə həmin evdə yaşamır. O, başqa oğlu Yadigar Səlimovun evində yaşayır və həmin mənzilin də təmirinin başa çatdırılmasını istəyir. Rayon rəhbərliyinin köməyi ilə yaxın vaxtlarda şəhid anasının yaşadığı evdə təmir işləri davam etdiriləcək. Bunun üçün aidiyyəti qurumlara tapşırıq verilib.


Oxunub: 796

Son xəbərlər

Əbdülqadir Ansuxskinin meyvə şirə istehsalı edən müəssisəsi bağlandı- Video

Qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar müayinə ediləcək

İnsanlar niyə özünü "şəfaçı", "yaşam koçu" adlandıran şəxslərə inanır? - AÇIQLAMA

Ermənistan parlamenti Aİ-yə üzvlüyə dair layihəni təsdiqlədi

Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edildi

Deputat Xanlar Fətiyevin rəhbərliyi dövründə…

Rafail Mehrəliyevin işçisi Cavanşir Alaverdizadənin 1 milyon manatdan çox.....

“Azərişıq” qanvermə aksiyası keçirib - FOTO

Azad olunmuş ərazilərə növbəti 3 tədris ilində ayrılacaq vəsait açıqlandı

Gənc qadınlarda xərçəng riski artır: Səbəblər və qarşısını almağın yolları

Abşeronda şəhidlərimiz yad edilib, ailə üzvləri ziyarət olunub - FOTO

2100-cü ilə qədər supervulkan püskürməsi ehtimalı var? - Dünya böyük bir fəlakətlə üzləşə bilər

“Körpü Bina Tikinti” Bakıda yaşıllıq belə məhv edir- Fotofakt

“Şirin Su”dan imtina edənlər artır: “Bu sudan pis qoxu gəlir

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

"Qarabağ" Azərbaycan çempionatları tarixində əsrin rekorduna imza atdı

İcra Hakimiyyətində təkbaşına "iclas" keçirən vəzifəli şəxs cəzalandırıldı

Ukraynanın müdafiə naziri danışıqlara hazır olduğunu açıqladı

PRAYK-mağaza açın və ya xidmətlərinizi təklif edin - Ödənişsiz və vasitəçilərsiz!

DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib

Bu məhsullar bahalaşıb - SİYAHI

Sabah Bakıda yağış yağacaq

Xaçmaz ELi NURuna "çətir tutan" Elnur Rzayevdən narazıdır - VİDEO

Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb

5000-ə yaxın müəllimin işinə xitam verildi

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Rusiya bu ölkənin hava məkanını pozdu: Dərhal müdaxilə olundu

Baxışımız dəyişməyib: Niderland sağçılarından Rusiya ilə bağlı çağırış

Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun

Bütün xəbərlər