Azad Rəhimov: "İyulun 21-də Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı start götürəcək"














İyulun 21-də Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı start götürəcək.

DogruXeber.az Trend-ə istinadən bildirir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərinin toplantısında deyib.

Nazir qeyd edib ki, bu tədbir tək Azərbaycan üçün yox, bütün Avropa üçün vacib hadisədir:

"Burada növbəti illərdə dünya, Avropa çempionatları, Olimpiya oyunlarında iştirak edəcək gənclər sınaqdan keçirilir. Onlar bir araya yığışaraq peşəkarlıqlarını göstərəcəklər".

A.Rəhimovun sözlərinə görə, hazırda Bakıda yerləşən 12-dən artıq idman qurğuları hazır vəziyyətdədirlər: "Atletlər kəndində idmançıların qalması üçün yataqxanalar olacaq. İstərdik ki, bu tək idman yox, həmçinin Avropa gənclərinin dostluq festivalı olsun, bir-birləri ilə tanış olsunlar, mədəniyyətlərin, tarixlərini göstərə bilsinlər. Düşünürük ki, 4 mindən artıq idmançı və nümayəndə heyətlərinin qatıldığı bu tədbir yüksək səviyyədə keçiriləcək".

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı 21 - 27 iyulda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idman nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.


Oxunub: 484

Son xəbərlər

Kamran Əliyev Şabranın prokurorunu İŞDƏN ÇIXARDI

Şuşada bina tikmək istəyənlərin nəzərinə - Şərtlər açıqlandı

“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

Şagirdlərə “mərsiyə” ifa etdirən müəllimdən növbəti təhlükəli ÇAĞIRIŞ - BU QADIN TƏHLÜKƏLİDİR!!!

Sabah Qaradağ rayonunun bəzi yerlərində qaz olmayacaq

Təhsildə HAVARİ ÜSULU: 10 minə imtahan pulu... - İLGİNC İDDİA

Peşəkar vəkil Adəm Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü seçildi-Foto

"Baku Elektroniks"in bitməyən "macəralar"ı...

Namiq Zeynalovun “qara kassası” olan Elnarə Həsənova kimdir? - İTTİHAM VAR!

İcra başçısı 40 min rüşvət istəyir… - “Binəqədinin də öz prezidenti var”

Prezidentdən 1,4 milyonluq SƏRƏNCAM

Məhkəmə Sahil Babayevin DTX tərəfindən saxlanılan əmisi oğlu ilə bağlı QƏRAR VERDİ

İlham Əliyev dövlət büdcəsinə dəyişiklikləri TƏSDİQLƏDİ

Rusiya quru sərhədlərini açır

Bakıda adam oğurluğu - Saxlanılanlar var

Ginekoloq - cərrah Elnurə Mustafayevanın həyata keçirdiyi süni mayalanma əməliyyatının ağır fəsadları - İDDİA

İki ildə Qarabağın bərpasına nə qədər pul ayrılıb?

Seda Seyan ilk dəfə qayınanası ilə fotosunu paylaşdı

I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır

35 yaşlı qadın ATU-nun klinikasında İNTİHAR ETDİ

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Neft ucuzlaşdı

Ukraynanın Lisiçansk şəhəri Rusların əlinə keçdi

Ceyhun Bayramov İrana getdi

Marketlərdə şəkər tozu yoxa çıxdı, qiymətlər artacaq? - “Azərsun”dan AÇIQLAMA

AİJF-nin adı dəyişdirilib, quruma yeni prezident seçilib

Azərbaycan-Türkiyə birgə peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt bəlli oldu

Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI: BU GÜN...

Laçın şəhəri bu tarixdə Azərbaycana veriləcək - BÜTÜN DETALLAR AÇILDI

Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? – Adlar

Bütün xəbərlər