dunya
24.05.2019, 13:21
NASA elan etdi - Türklər birinci oldu
NASA-nın başlatdığı "Adını Marsa göndər" kampaniyasında ən çox iştirak edən ölkə sıralamasında Türkiyə birinci olub.
DogruXeber.az ölkə.az-a istinadən bildirir ki, Türkiyədən 308 min 454 nəfər adını Marsa göndərmək üçün NASA-ya müraciət edib.
NASA 2020-ci ildə Günəş sistemindəki ən yaxın qonşumuz olan Marsa "Rover" kosmik gəmisini göndərəcək. Kosmosla maraqlananlar bu missiyaya adlarını daxil etmək üçün müraciət ediblər. Kampaniyanın internet saytına daxil olub blankı doldurduqdan sonra onların adları kosmik gəminin içinə yerləşdiriləcək çipə yazılacaq.
Məsələ sosial şəbəkədə elan edildikdən sonra dünya üzrə 1 milyon 615 min nəfər müraciət edib.