Məcburi köçkünlər üçün ayrılan 450 milyon manat necə xərcləib?












Keçən il qaçqınlar və məcburi köçkünlər üçün ayrılan vəsaitin həcmi və həmin vəsaitin hansı istiqamətlərə xərcləndiyi məlum olub.

Bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.

Sənədə əsasən, 2018-ci ilin dövlət büdcəsində Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin saxlanılması üçün ayrılmış 2 milyon 233,8 min manat vəsaitin 2 milyon 174,7 min manatı xərclənib. Yəni nəzərdə tutulan vəsaitin 59,1 min manatı, 2,6 faizi xərclənməyib. Bununla belə, 2017-ci illə müqayisədə 2018-ci ildə Dövlət Komitəsinin saxlanılma xərcləri 4,2 faiz artıb. 2017-ci ildə bu məqsədlə -2 milyon 84,3 min manat sərf olunub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2018-ci ildə qaçqın və məcburi köçkünlərin sosial müdafiə və sosial təminatı ilə əlaqədar 233 milyon 138,4 min manat xərcləyib. Bu, dövlət büdcəsində ayrılan vəsaitdən 11 milyon 851,9 min manat, yəni 4,8 faiz az olub. 2017-ci illə müqayisədə 2018-ci ildə qaçqın və məcburi köçkünlərin sosial müdafiə və sosial təminatına xərclənən vəsait isə 20,1 faiz, yəni 38 milyon 996,6 min manat artıq olub. 2017-ci ildə bu məqsədlə 194 milyon 141,5 min manat xərclənib.

Keçən il Dövlət Neft Fondunun ayırdığı 473 milyon 342,2 min manat vəsaitin 199 milyon 979,3 min manatı (42,3%) qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə yönəldilib. Başqa sözlə, 2018-ci ildə Neft Fondunun büdcəsinin icrası çərçivəsində bu tədbirlərin maliyyələşdirilməsinə ümumilikdə 199 milyon 979,3 min manat məbləğində vəsait ayrılıb və bu xərc maddəsi büdcədə nəzərdə tutulana nəzərən (200 milyon manat) 100,0 faiz səviyyəsində icra edilib. Bu, 2017-ci ilin icrasına nisbətən (104999,9 min manat) 94979,4 min manat və yaxud 90,5% çox olub. Neft Fondu tərəfindən ayrılmış ümumilikdə 199 milyon 979,3 min manat məbləğində vəsaitin 191 milyon 502,70 min manatı Bakının Pirallahı rayonunda 300, Kürdəxanıda qəsəbəsində 800, Ümid qəsəbəsində 300, Abşeron rayonu ərazisində 1000, Şirvan rayonu ərazisində 685, Beyləqan rayonu ərazisində 146 ailəlik məhəllələrin salınması, o cümlədən hündürmərtəbəli yaşayış binaların və sosial-infrastruktur obyektlərin tikintisinə, 4 milyon 749,3 min manatı Şirvan, Zaqatala, Qazax, Sabirabad, Bərdə, Füzuli rayonlarında salınmış qəsəbə və məhəllələr üzrə keyfiyyət zəmanətinə görə tutulmuş 5%-lik vəsaitlərin ödənilməsinə, 1 milyon 535,1 min manatı Ağcabədi, Beyləqan, Göygöl, Ucar, Kürdəmir, Tərtər, Pirallahı rayonlarında obyektlərin layihələndirmə, habelə bəzi obyektlərin müqavilə qiymətlərinin ekspertizası və qiymətlərinin hesabatı işlərinə, 234,7 min manatı Repatriasiya xidmətlərinə, 1 milyon 957,5 min manatı Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun işçi qrupunun saxlanılmasına yönəldilib.

Keçən il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mənzil və kommunal təsərrüfatı bölməsi üzrə xərcləri 2017-ci illə müqayisədə 13,9 min manat (3 faiz) çox – 4 milyon 79,8 min manat olub. 2017-ci ildə bu məqsədlə 4 milyon 65,9 min manat xərclənib. 2018-ci il Dövlət büdcəsinin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 4 layihə üçün 2 milyon 950,2 min manat ayrılıb, bu vəsaitin 2 milyon 864,7 min manatı xərclənib. Keçən il birdəfəlik təyinatlı xərclər isə 17 milyon 208,1 min manat olub. (ona.az)


Oxunub: 409

Son xəbərlər

“AzerGold” Daşkəsən rayonunda yerli sakinlərlə növbəti görüş keçirib

Məhkəmə Rüşvətə Görə Tutulan Gömrük Generalını Həbsdə Saxlayıb – FOTO

Qondarma "respublika" Rusiyada səfirlik açacaq

Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verildi

“Səfalı“ MTK Sakinləri Necə Aldadıb? – Ev Alanlar Diqqətli Olun

Nərimanovun Yeni Icra Başçısı Niyə Görsənmir? – İDDİA

Məşğulluq Mərkəzində Qaziyə bir sözü deyirlər: “Get, sonra gələrsən” - NARAZILIQ!

Şəkidə vətəndaşı DÜŞÜNƏN YOXDUR... - NARAZILIQ VAR!

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək

Prezident dəniz nəqliyyatı işçilərini təltif edib - SƏRƏNCAM

Hacı Mazan mənzillərinin işıq pulunu sakinlərə ödətdirir

Yaxın günlərdə hava necə olacaq?

Yaxın günlərdə hava necə olacaq?

Sabahdan əlillik dərəcəsi yeni meyarlarla müəyyənləşəcək

Cənub bölgəsinin pambıq “baronu” Bahəddin Leysanov kimdir? Yaxud kölgə iqtisadiyyatının “kölgə adamı”

Qubanın 2- ci Nügədi kəndində gizlənən 10 milyonluq “Macara” oteli: Qubalıların başına hansı məcaraları gətirir? - VİDEO

Həyətində çətənə bitkisi yetişdirən Ucar rayon sakini saxlanılıb

İranda vəbaya yoluxma artıb

İlham Əliyev Pakistan Senatının sədrini qəbul edib

Sabah 38° isti olacaq

Mərhum qazinin ailəsi 9 ildir sığorta pulu ala bilmir - GİLEY

Rüstəm Usubov Hacı Məmmədovun bandasını ifşa etməkdən yayınıb? - İLGİNC

Bakı Bəyannaməsi qəbul edildi

Xameneyiyə tapınan müəllimə əməlli-başlı QAN-QAN DEYİR... - “Salam, Fərmaneh”

DYP onlara qarşı nəzarət gücləndirilir

"Hesab edirəm ki, bunun da zamanı yetişib" - Dövlət başçısı

Azərbaycan nefti bahalaşdı

Divarlara çəkilmiş bu şəkillər bizə nə deyir ? - FOTO

Bütün xəbərlər