gundem
29.05.2019, 12:18
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağda
ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey KaspşikAzərbaycanın işğal altında olan Xankəndi şəhərinə gəliblər.
Ermənistan KİV-lərinin yazdığına görə, onlar Xankəndində separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər.
Görüşdə cəbhə xəttindəki vəziyyət müzakirə edilib.
Xatırladaq ki, həmsədrlər mayın 27-də bölgəyə səfərə gəliblər və ilk olaraq Yerevanda olublar. Həmsədrlər Bakıya da gələcəklər.