dunya
30.05.2019, 19:27
Türkiyədə terror planlaşdıran İŞİD silahlıları tutuldu
Türkiyənin cənubunda, Adana əyalətində İŞİD terror qruplaşmasının 14 silahlısı saxlanılıb.
DogruXeber.az Trend-ə istinadən bildirir ki, tutulanlar arasında qadın da var. Silahlıların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir.
Terrorçuların saxlanılması ilə bağlı əməliyyat əvvəlcədən plana uyğun şəkildə aparılıb.
Saxlanılanların Adananın müxtəlif hissələrində terror aktları planlaşdırdıqları məlum olub.
Daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu son zamanlarda Türkiyə ərazisində İŞİD-in fəallığının müşahidə olunduğunu demişdi.