gundem / hadise
12.06.2019, 19:28
Azadlıq prospektində avtomobil piyadanı vurub öldürdü
Azadlıq prospektinin Binəqədi rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 11-də saat 19 radələrində Azadlıq prospektinin Binəqədi rayonundan keçən hissəsində Bakı şəhər sakini R.Kazımov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Vaqif Həsənovu vurub. Nəticədə, piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.