Nazilədən Xoşqədəmə sərt İSMARIC – “Məni tutdurmağa qüdrətin çatmaz”












Şairə Nazilə Səfərli aylardır davam edən məhkəmədə uduzduğu aparıcı Xoşqədəm Hidayətqızına açıq məktub ünvanlayıb.

DogruXeber.az xəbər verir ki, o, “Facebook” səhifəsində yazdığı məktubda aparıcıdan üzr istəməyəcəyini deyib:

“Xoşqədəm, bir əsr də Allah sənə ömür versə, İnşallah olsun (ancaq əzabdır deyə sənə arzulamaram) hətta bir əsrdən də çox özünü məhkəmələrdə həlak edib, illərini, əsəblərini bu yolda qurban versən, yenə sən məndən üzr gözləmə!!!

Millətin gözündə yalanlarla özünü məhv etmə – mənim tərəfimdən sənə qarşı bu sözlərin, bu addımın müəllifliyini sübut etmək iqtidarında olmadığın üçün xam xəyallarının əsiri olma!

Efir ata evi deyil. Çalışdığı məkanın sayəsində qazandığı ictimai nüfuzunu düşünən insan başqasının nüfuzuna əl uzatmaz! Özünü reallıqdan uzaq fantaziyana qurban etmə.

Mənim səni məhkəmələrə çəkmək haqqım səndən çox öncə (təxribatyönlü Pərvanə söhbətində) başlaya bilərdi. Hə, özəlliklə tövsiyyə edirəm ki, əxlaqına bələd olmadığın insanları namus xonçasında efirə çıxarıb müdafiə etmə. Bakıda hamı hamını yaxşı tanıyır. Sənət adamları ilə də özünü əbəs yerə yaman etmə. Mən bu hadisəni (qondarma Pərvanə hadısəsini) sənə Şamxal müəllimin xətrinə keçdim və peşiman da deyiləm. Kiminsə gücünə qanunları qurban verib, rüsvay etmə bu respublikanı.

“Show news”un təkzibi və ikimizin də qarşısında üzrünü xatırlatmaqla sənin şərəf və ləyaqətinin bədəli hesab etdiyin 100 min manatlıq arzularına bu andan son qoydum.

Haqq sahibiyəm. Məni tutdurmağa qüdrətin çatmaz. Qalan mənə qarşı bütün cəhdlərdə isə aciz qaldın. Ali məhkəmədə mənimlə qarşılaşmağa cəsarətin varmı? Gələndə özünlə iki “kub” narkoz götürərsən, dərin yuxuya ehtiyacımız ola bilər. Səndən nə dost kimi dost, nə düşman kimi…”.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şairə Nazilə Səfərli Xoşqədəm Hidayətqızından üzr istəməli, bir sıra saytlarda dediyi fikirləri təkzib etməli və aparıcıya təzminat ödəməlidir. Tərəflər arasında bu qalmaqal Nazilə Səfərlinin qardaşının keçmiş arvadının Xoşqədəmin Xəzər TV də yayımlanan “Səni axtarıram” verilişinə müraciət etməsi ilə başlanıb. /Unikal.org/


Oxunub: 516

Son xəbərlər

Azərbaycanda siqaretin qiyməti bahalaşacaq?

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

"Sülhməramlılarımızın Qarabağda nə işi var?" - Zatulin

Azərbaycan əhalisinin sayı açıqlandı

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi - FƏRMAN

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bu vitaminlər həyat üçün təhlükə yarada bilər

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılacaq

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə xəbərdarlıq - VİDEO

60 il öncə Göygöl necə görünürdü? - VİDEO

Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

Nazirlik: Saxta müfəttişlər sahibkarları cərimə ilə təhdid edərək yoxlama aparıb

Dostlarınız sizə zərər verə bilər - Bürclər nə deyir?

Azərbaycanda dollar bahalaşa bilər? - AÇIQLAMA

“Azərişıq” Şərqi Zəngəzurda yenidənqurma işlərini davam etdirir - VİDEO

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Tokayev Ermənistana getdi

ABŞ Senatında Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə olunub

Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb

İranın Haaqadakı səfiri XİN-ə çağırıldı

Bu günə olan valyuta məzənnələri

Akademik Zərifə Əliyevanın anım günüdür

Sudanda münaqişə ərzində 13 mindən çox insan həyatını itirib

Bütün xəbərlər