hadise
16.06.2019, 03:39
Göyçayda 35 yaşlı kişi ürəyindən bıçaqlandı
Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.
DogruXeber.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində qeydə alınıb.
Kənd sakini, 1984-cü il təvəllüdlü İbrahimov Elşən Tofiq oğlu küçədə naməlum şəxs tərəfindən döş qəfəsindən bıçaqlanıb.
Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.Faktla bağlı cinayət işi başlanıb.