II Avropa Oyunları: Güləşçimiz İslam Abbasov da yarımfinala çıxdı
Azərbaycanın iki yunan-Roma güləşçisi "Minsk-2019" II Avropa Oyunlarında 1/4 final görüşünü keçirib.
87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov macarıstanlı Viktor Lorinczi məğlub edərək (3:0) yarımfinala vəsiqəni təmin edib. O, 1/2 finalda xorvatiyalı İvan Hukleklə üz-üzə gələcək. Yarımfinallar Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Sabah Şəriəti (130 kq) isə Gürcüstan təmsilçisi Yakob Kacaya ilə dueldən məğlub ayrılıb (4:10) və yarımfinala yüksələ bilməyib. Azərbaycan güləşçisi rəqibi finala çıxacağı təqdirdə təsəlliverici görüşə qatıla bilər.
97 kq-da yer alan Orxan Nuriyev 1/8 finalda Avstriya təmsilçisi Daniel Qastlinə uduzub. Amma Qastlin növbəti mərhələdə məğlub olduğu üçün Nuriyev təsəlliverici görüş şanslarını da itirib.Virtualaz.org