Xəzərdə dalğanın hündürlüyü 5,8 metrə çatıb





Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki hava ilə bağlı məlumat yayıb.

Departamentdən virtualaz.org-a verilən məlumata görə, iyunun 30-u gündüzdən iyulun 1-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, Daşkəsən rayonuna dolu düşüb. Qərb küləyi əsib, ayrı-ayrı yerlərdə güclənib.

Yağış: Xaltan, Qrızda 37 mm (aylıq normanın 41 %-i), İsmayıllıda 34 mm, Göyçayda 24 mm (aylıq normanın 53 %-i), Qəbələdə 18 mm (aylıq normanın 16 %-i), Şamaxıda 18 mm (aylıq normanın 29 %-i), Xaçmazda 17 mm (aylıq normanın 93 %-i), Astarada 16 mm (aylıq normanın 35 %-i), Altıağacda 14 mm, Daşkəsən, Qusar, Sarıbaşda 13 mm, Lerik, Ağsu, Yevlaxda 11 mm, Kişçay (Şəki), Lənkəranda 10 mm, Xınalıq, Mərəzə, Ağdam, Gədəbəydə 9 mm, Şabran, Yardımlıda 8 mm, Zaqatala, Tərtərdə 6 mm, Şahdağda və Şəkidə 5 mm, Ağdərə (Ordubad), Quba, Bərdədə 4 mm, Göygöl, Oğuzda 3 mm, Ağstafa, Gəncə, Naftalan, Tovuzda 2 mm, Şahbuz, Şəmkir, Balakən, Mingəçevir, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Nabranda 0.5-1 mm olub.

Dolu: 30 iyun 20:35-20:45 radələrində Daşkəsəndə diametri 12 mm olan dolu düşüb.

Külək: Qərb küləyi Naftalanda 32 m/s, Mingəçevir, Gəncə, Ağstafa, Şahbuzda 20 m/s, Salyan, Ağdamda 18 m/s, Zərdabda 17 m/s, Neftçalada 15 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 18-23 m/s, arabir 25-30 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5,8 metrə çatıb.

Temperatur: İyunun 30-da Bakıda iqlim normasından 0,4 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23-28, Aran rayonlarında 26-32, dağlıq rayonlarda 14-19, Naxçıvan MR-da 30-34 dərəcə isti təşkil edib.


Oxunub: 719

Son xəbərlər

Dünyada informasiya sistemlərinin fəaliyyətində nasazlıq yarandı

"Bir telefon zəngi ilə müharibələri dayandıra bilərdim" - Tramp

Meşə fondu sahələrinin inventarlaşdırılması işləri nə vaxt yekunlaşacaq?

Nazirlər yaxın vaxtlarda Türkiyədə görüşəcəklər

"Microsoft"dan dünyada baş verən texniki nasazlıqla bağlı açıqlama

"Air Arabia" Ermənistana qarşı arbitraj prosesinə başlayacaq

Bakıda 160 km uzunluğunda yeni avtobus zolaqları çəkiləcək

Bu dondurmalarda bakteriya aşkarlandı

Vətəndaşa qarşı 21 min manatdan çox dələduzluq edən şəxs tutuldu

11 taksi sifarişi operatoruna icazə verilib - RƏSMİ

"Prezident və ailəsinin adından yayılan materiallar saxtadır" - RƏSMİ AÇIQLAMA

Rusiyada 4 nəfərin olduğu helikopter yoxa çıxdı

Bakıda velosiped yolları 50 km-ə çatdırılacaq

Makron Azərbaycan jurnalistlərinin sualları qarşısında pis vəziyyətə düşdü

Paytaxtda taksilərin sayı 2 dəfə azalıb

Ondan kömək istəyən təqaüdçülərin kartlarından oğurluq etdi

Cinayətdə şübhəli bilinən 56 nəfər saxlanıldı

Alyaskada 6 bal gücündə zəlzələ oldu

Qızıl və gümüş ucuzlaşdı

Obamadan Baydenə böyük zərbə

Bakıda neçə parklanma yeri var?

Masazırda ev yandı

Bakının hansı yollarında tıxac var? - SİYAHI

Tramp prezidentliyə namizədliyini rəsmən qəbul etdi

COP29-un prezidenti iştirakçı ölkələrin hökumətlərinə rəsmi məktub göndərdi

Məhkəmə hakimi Əhliman müəllim qardaşı oğlu Mehman Xıdırova himayədarlıq edir -QANUNSUZLUQ ?/FOTO

Fikrət Məmmədovun qızı YAP-ın siyahısında parlamentə gedir

Bağça müəllimləri üçün sınaq imtahanı keçiriləcək

İlham Əliyev Zelenski ilə söhbət etdi

TƏHSİL NAZİRLİYİNİN SAMİR VƏLİYEV KABUSU

Bütün xəbərlər