“Nar” rabitə sahəsində xüsusi fərqlənən tələbələri mükafatlandırd








Gənclərin maariflənməsinə və intellektual inkişafına dəstək məqsədilə “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində növbəti layihəsini həyata keçirib. Mobil operator Azərbaycan Texniki Universitetinin fərqlənən tələbələrini baş ofisinə dəvət edərək, onları xüsusi hədiyyələrlə mükafatlandırıb. Qeyd edək ki, “Nar” ənənəvi olaraq hər tədris semestrinin sonunda Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərən tələbələrilə görüşərək, onları təbrik edir.

Görüşün məqsədi texniki sahə üzrə təhsil alan tələbələri yeni nailiyyətlərə ruhlandırmaq və onların gələcək iş istiqamətləri haqqında təsəvvür formalaşdırmaqdır. Tələbələr rabitə bazarında tələb olunan əsas bilik və bacarıqlar barədə məlumat əldə ediblər.

Azərbaycan Texniki Universitetinin ən yaxşı tələbələrinin mükafatlandırılması “Nar” və universitet arasında 2016-cı ildən aparılan tərəfdaşlıq çərçivəsində baş tutur. Əməkdaşlıq çərçivəsində mobil operator universitetin tələbələri üçün GSM laboratoriyası istifadəyə verib, müxtəlif vaxtlarda tələbələr üçün nəzəri və təcrübi təlimlər təşkil edib.

Azərbaycan Texniki Universitetilə tərəfdaşlıq “Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının bir istiqamətidir. Hədəf Azərbaycanın rabitə sahəsində peşəkar kadrların hazırlanması və onların beynəlxalq rabitə bazarında əcnəbi həmkarlarından daha üstün mövqeyə çatmasıdır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb
“Nar” rabitə sahəsində xüsusi fərqlənən tələbələri mükafatlandırd


Oxunub: 427

Son xəbərlər

Yunanıstanda meşə yanğını başladı

Ərdoğan və Stoltenberq telefonla danışdı

Kirill Budanov: “Ukrayna 1991-ci il sərhədlərinə qayıdacaq"

Rusiyanın dini lideri Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb

Zelenski Ukraynanın Gürcüstan və daha dörd ölkədəki səfirlərini geri çağırıb

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

"Ukrayna münaqişəsi danışıqlar yolu ilə həll olunacaq" - Stoltenberq

Bank sektorunun xarici öhdəlikləri artıb

Bakıda sərnişin avtobusu qəzaya uğradı

Hərbi xidmətə çağırılanların NƏZƏRİNƏ

HADİSƏÖtən sutka 51 yanğına çıxış olub - FHN

Ermənistanda hökumətlə mərkəzi bank arasında gərginlik: kredit verilmir

Altı məktəbin ali təhsilsiz direktor müavini işdən çıxarıldı

Sabah bu küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI

Sabahdan ərik ucuzlaşacaq

Sumqayıtda çalış xəstə düşmə... - Çünki səhiyyə sisteminin özü xəstədir...

"Xüsusi bir şəbəkə var, bu şəbəkə mənə qarşı neqativ münasibət sərgiləyir" - Fəzail Ağamalı

“Ermənilərin xoşbəxtliyi Azərbaycanın əlindədir” - BU FAKTDIR!!!

Azərbaycan nefti bahalaşdı

Cənubi Qafqazda ən böyük büdcə də, ən az orta maaş da Azərbaycandadır - elə bu fakt KORRUPSİYANI İFADƏ EDİR

BU NƏDİ BELƏ: Qarabağda ermənilərin müqavimət ocaqları formalaşıb... - Daşnak deputat

Azərbaycanda SAXTA PENSİYA BİZNESİ... - İLGİNC İDDİALAR...

İnstagramda yeni funksiyalar yaradılır

İcra hakimiyyətinin yarım milyonluq tenderini vergi borcu olan şirkət uddu - FOTOFAKT

Xalq artistinin 70 illik yubileyi keçirilib

Daşınmaz əmlakı daşıtdıran nazir müavini kimdir?

Parlament Zəngilanda qızıl yataqlarına dair Sazişi təsdiqləyəcək

"Rusiya ilə münasibətlər yüksək səviyyədədir" - Nazir

Ukrayna Ali Radasının sədri Putinə səsləndi

Köçəryan ümumerməni fonduna daxil olmaqdan imtina etdi

Bütün xəbərlər