hadise
14.08.2019, 17:46
Yasamalda məcburi köçkünlərin yaşadığı binanın həyətində yanğın olub - VİDEO
Bakıda məcburi köçkünlərin yaşadığı binanın həyətyanı sahəsində yanğın baş verib.
DogruXeber.az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
Nəticədə otlaq və yardımçı yarımtikililər də daxil olmaqla, təxminən 3000 kvadratmetr ərazi yanğına məruz qalıb.
Yanğın söndürülüb, alovun yaşayış binalarına keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.