dunya
15.08.2019, 12:04
İranda təlim təyyarəsi qəzaya uğradı - Ölənlər var
İranın şimalındakı Səmnan vilayətində yüngülmühərrikli təlim təyyarəsi qəzaya uğrayıb.
DogruXeber.az-ın məlumatına görə, qəza nəticəsində iki heyət üzvü həlak olub.
Qeyd olunur ki, qəza yerli hava limanının yaxınlığında baş verib.
Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır./Trend.az