gundem
29.08.2019, 10:38
Baş redaktorun atası 102 yaşında vəfat etdi
Əməkdar jurnalist, tanınmış yazıçı-publisist, "AssA-İradə" Agentliyinin və "AzerNews" qəzetinin təsisçisi və baş redaktoru Fazil Güneyə (Abbasov) ağır itki üz verib.
Demokrat.az modern.az-a istinadən xəbər verir ki, Fazil Güneyin 102 yaşlı atası Fərman Abbasov dünən dünyasını dəyişib.
Mərhumun 40 mərasimi sentyabrın 1-də, saat 11.00-dan etibarən "Təzəpir" məscidində keşiriləcək.
Allah rəhmət eləsin!