Şərurlu İsfəndiyarın binalarında eyvanı bağlatdırmaq 3000 manatdır — İDDİA













Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsus "Şərur" MTK-nın Yeni Yasamal ərazisində inşa etdiyi binanın sakinləri narazılıq edir.



DogruXeber.az-ın xəbərinə görə, "Index"ə müraciət edən sakinlərdən biri deyib ki, açıq olan eyvanını bağlatdırmaq istəyib, lakin MTK buna icazə verməyib:


"Binamız tam təhvil verilməyib, lakin yaşayış var. Eyvanı adi plastik pəncərə ilə bağlatdırmaq istəyirdim. "Şərur" MTK-nın baş ofisindən icazə vermədilər. Dedilər ki, icazə 3000 manata verilir. Üstəlik, dedilər ki, icazə almasanız, işığınızı kəsəcəyik. Bu qədər dərəbəylik olar? Binada yaşayan sakinlərin 70%-dən çox balkonunu bağlatdırıb. Başqa binalarda buna görə kimsə pul almır! Görəsən, binanın sahibi Şərurlu İsfəndiyarın bunlardan xəbəri var? Varsa, ayıb olsun!"


Məlumadur ki, elektrik enerjisinin verilişinə "Azərişıq" ASC-dən başqa kimsə müdaxilə edə bilməz. "Şərur" MTK-nın sakinləri isə tam fərqli mənzərənin şahidi olur. "MTK binanın sayğaclarını zirzəmidə quraşdırıb. Heç bir sakinə qəbz də vermirlər. Hər ay gəlib deyirlər ki, "filan qədər işıq pulu borcun var". Sayğaclar komendantın əlinin altındadır. İstədiyi vaxt işığı kəsə bilir. Bizə deyiblər ki, "Azərişıq" bizə qarışmır", - deyə sakinlər bildirib.


Başqa bir şikayətçinin sözlərinə görə, eyvanı bağlatdırmağa görə icazəni sakinlərə pulla satan "Şərur" MTK mənzil sahiblərinə "kupça" vermək barədə düşünmür.


Digər şikayətçi isə deyir ki, MTK qaz sayğaclarının quraşdırılmasına görə hər sakindən 900 manat pul yığıb.


Sakinlərin şikayətlərindən biri də binaların liftlərinin nasazlığındandır: ""Hər ay azı 2-3 dəfə liftlərimiz xarab olur".


Oxunub: 448

Son xəbərlər

YUNESKO siyahısənda dəyişiklik olur

Susmaq imkanı olub susmayanlarımız - Dissinent Sabir Yanardağ

Buyurun tanış olun

Mehriban Əiyeva: “Türkiyə xalqının kədəri bizim kədərimizdir”

İsraildə etiraz mitinqi

Balaca qızcığaz dünyanı qəhərə boğdu

Zəlzələni “görən” adam

Tarixin “Avesta” qitəsi

Zəlzələnin başladığı anlar - VİDEO

Cənublu soydaşlarımızdan Türkiyəyə dəstək - VİDEO

Xilasedicilərimiz Türkiyədə

Naxçıvan sakinləri türkiyəyə yardım göndərdi - FOTO

Bakıda yardım toplanır - Birazdan Türkiyəyə yola düşəcək // FOTO

Spacetv-nin rəhbəri o oldu

Vidadi İsayevin unutduğu İKİ KƏND – Yol yox, su yox, işıq yox...

"Azərbaycan Qoşulmama Hərəkatının Zirvə Görüşünə ev sahibliyi edəcək" - Prezident

Azərbaycanlıların təxliyəsi üçün avtobuslar ayrıldı

Paşinyan 71 hərbi hissəni SATIŞA ÇIXARDI

Media Reyestri “Elektron hökumət” portalına qoşulacaq

2 aylıq körpə sağ çıxarıldı

Hava limanlarında könüllü izdihamı

"Siraqəddin Cabbarov üstümüzə qışqırdı" - Şəhid ailələrin etiraz edir // VİDEO

Fransanın bu jurnalı Türkiyədəki zəlzələni məsxərəyə qoydu

Dövlət Dəniz və Liman Agentliyindən gəmilərə XƏBƏRDARLIQ

Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR

Ordumuzun bölmələrinə həyəcan siqnalı verildi - VİDEO

Dağıntılar altında uşaq dünyaya gətirdi

Ağlayaraq yardım istədilər

Bayden Polşaya səfər edəcək

Yeni dəyişikliklər pensiya məbləğini nə qədər artıracaq?

Bütün xəbərlər