hadise
4.09.2019, 10:22
Qəbələ sakinindən Oğuzda qanunsuz tüfəng götürülüb
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan DogruXeber.az-a verilən məlumata görə, sentyabrın 3-də Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xaçmaz kəndi ərazisində Qəbələ rayonu Zərgərli kənd sakini Qafqaz Əhmədxanovdan müvafiq sənədləri olmayan “TOZ-28” markalı təklülə ov tüfəngi aşkar edilərək götürülmüşdür.