“Bahalaşmanın səbəbi rəqabət mühitinin olmamasıdır” - Ekspert













“Hansı ölkədə iqtisadi rəqabət mühiti zəifdir, yaxud çox aşağı səviyyədədir, dövriyyədə pul kütləsi artan kimi inflyasiyaya təsir etməyə başlayır”.
Bu sözləri “Yeni Sabah”a iqtisadçı ekspert Natiq Cəfərli baş nazirin müavini Əli Əhmədovun qiymət artımı ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Əli Əhmədov bahalaşmanın bir səbəbi kimi minimum əmək haqlarının və pensiyaların artırılmasını göstərib.

“Dövlət tərəfindən minimum əmək haqqlarının, pensiyaların ciddi şəkildə artırılması ilə əlaqədar qəbul olunan qərarın da bazara təsirini qəbul etmək lazımdır. Bunsuz mümkün deyil. Digər tərəfdən isə dövlət sektorunda çalışan insanların maaşları artırsa, onda bazarda çalışan insanlar xidmətlər göstərməklə öz həyatlarını təmin edirlər. Onların həyatında da artım hiss olunsun deyə təbii olaraq xidmətlərin qiymətlərində müəyyən bir yüksəlmə hiss olunacaq”, - deyə baş nazirin müavini bildirib.

Natiq Cəfərli isə hesab edir ki, Azərbaycanda inhisarçılıq meyllərinin güclü olması, rəqabət mühitinin yoxluğu bahalaşmanın əsas səbəblərdəndir:

“Bizim ölkədə o proses baş verir ki, dövriyyədə pul kütləsi artdığı zaman rəqabət mühiti olmadığına görə bu qiymət artımına səbəb olur. Ona görə də burada hökumətin görəcəyi işlər var. Rəqabət mühiti artırılmalı və bazarda oyunçuların sayının çoxalması yolu ilə qiymətlərin iqtisadi tənzmilənməsi şəraiti yaradılmalıdır”.


Oxunub: 536

Son xəbərlər

“1 manatlıq” taksilər yığışdırılır? — BNA rəsmisi danışdı

DSX-nin Akademiyasının binası YANIR

Xaricdən qanunsuz pul köçürmələri edənlər cəzalandırılacaq

Arzu Rəhimov onları rəis TƏYİN ETDİ

“Qarabağda azərbaycanlı qardaşlarımızla birlikdə olduq” - Ərdoğan

Şəhid Raquf Orucovun xanımına vəzifə verildi

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Zakir Sultanov Ali Məhkəməyə müraciət etdi

Azərbaycanda polkovnik ürəktutmasından vəfat etdi

Nazirin oğluna vəzifə verildi

Zelenski Donbasa getdi

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

"Tası dəyişsə də hamam köhnə hamamdı" - Şəmkirin su dərdi bitmir ki, bitmir... //VİDEO

Prezident Maqomed Səidoviç Qurbanova “Şöhrət” ordenini təqdim etdi

Ordumuzun əsgəri özünü güllələyərək ÖLDÜRDÜ

Aktrisa xərçəngdən öldü

Sabah yolları buz bağlayacaq

Putin Qırğızıstana səfər edəcək

Texnoloji nəhəng “Lenovo” Bakıda regional mərkəz yaradır - FOTOLAR

İlham Əliyev Dağıstanın rəhbərini qəbul etdi

"Tərtər işi" üzrə azadlığa buraxılan 19 nəfərin SİYAHISI

İlon Mask və Cef Bezos Bakıya gələ bilər

Dövlət bu borcları silə bilər - VİDEO

Milli Məclisin iclası başladı

Ermənistanda daha bir deputat mandatından istefa verdi

"Tərtər işi" ilə bağlı 10 nəfərə bəraət verildi

Pensiyalar bu tarixdə ödəniləcək

BMT Təhlükəsizlik Şurası yenidən toplanır

Bütün xəbərlər