gundem
12.09.2019, 10:55
Bakı-Horadiz sərnişin qatarı 1 saatdan çox ləngidi
Bu gün saat 03:40 radələrində Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən onda texniki nasazlıq yaranıb.
“DogruXeber.az” bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.
Məlumatda deyilir ki, nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb.
Nasazlığın səbəbləri araşdırılır. Hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib.