hadise
16.09.2019, 16:38
Şamaxı yolunda "RAV 4" aşdı, ölən və yaralanan var
Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.
DogruXeber.az-ın məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verib.
Bakı şəhər sakini - 1967-ci il təvəllüdlü Alıyev Arif Mustafa oğlu idarə etdiyi "RAV 4" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı dirəyə çırpılaraq aşıb. Sürücü hadisə yerində ölüb, sərnişini - Şamaxı rayon sakini İsayev Əbilxan Şahib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib./Trend