gundem
24.09.2019, 14:55
“Ərdoğanla dost olduq” – Tramp
ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında təşkil edilən “Dini azadlığın qorunması üçün qlobal çağırış” konfransına qatılıb.
“DogruXeber.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, forumda iştirak edən Ağ Ev rəhbəri rahib Endryu Kreyq Bransonun Türkiyədə sərbəst buraxılması məsələsinə toxunub. Tramp bunun üçün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib:
“Ötən il müzakirələrdən sonra rahib Bransonu evinə gətirdik və daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla dost olduq”.
Tramp ABŞ-ın dini azadlıq və ibadət yerlərinin qorunması üçün 25 milyon dollar vəsait ayıracaqlarını da deyib.