gundem
1.10.2019, 14:53
AXCP Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya təyin etdi
Oktyabrın 8-də saat 12-də Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında – sərbəst toplaşmaq hüququnun bərpası ilə bağlı etiraz aksiyası keçirəcək.
DogruXeber.az bildirir ki, bu barədə AXCP məlumat yayıb.
Aksiyada AXCP və Milli Şuranın fəalları iştirak edəcək.
Milli Şuranın sentyabrın 28-də mitinq keçirmək barədə xəbərdarlıq məktubuna Bakı Şəhər İcra Hakimiyyəti qanedici cavab verməyib. Belə ki, Milli Şuranın mitinq keçirmək üçün paytaxtın mərkəzi hissələrində təklif etdiyi 3 yerdən heç birinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verməyib.
İcra hakimiyyəti aksiyanın şəhərdən kənardakı Lökbatan qəsəbələrdə keçirilməsini təklif edib.