dunya
3.10.2019, 17:00
İranda əfsanəvi generalı öldürmək istədilər - 500 kq partlayıcı maddə ilə...
İran kəşfiyyatı, İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Quds xüsusi təyinatlılarının başçısı Qasım Süleymaniyə qarşı sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.
DogruXeber.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
İslam İnqilabı Keşikçiləri Korpusu Kəşfiyyat Agentliyinin rəhbəri Hüseyin Tayebin verdiyi məlumata görə, sentyabrın 10-da, Aşura günü mərasimində "bir qrup terrorçu" 350-500 kiloqram partlayıcı maddənin köməyi ilə yüksək rütbəli hərbçinin görünəcəyi ehtimal olunan yeri partlatmağı planlaşdırıbmış.(virtualaz.org)