“Uzun müddət söz savaşı zonasında ilişib qala bilmərik, müharibəyə başlamalıyıq…”










“Prezident İlham Əliyevin Soçidə “Valday” forumunda “Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ-bu Azərbaycandır və nida işarəsi” bəyanatı ictimaiyyət arasında geniş müzakirə olunmaqdadır. Ermənistan baş naziri N.Paşinyanın BMT tribunasından səsləndirdiyi “Qarabağ Ermənistandır” mesajına verilən bu cavabla yeni söz savaşı başlanırmı? Yaxud “Qarabağ Azərbaycandır” deməklə donuzu darıdan çıxarmaq mümkün olacaqmı?
DogruXeber.az xəbər verir ki, moderator.az-ın bu suallarına cavab verən siyasi icmalçı, professor Qulu Məhərrəmli bildirib ki, tərəflər arasında psixoloji müharibə hadisələr başlayandan gedir və indi bu informasiya savaşı yeni mərhələyə daxil olub:
“Hazırda ön cəbhədə hərbi əməliyyatları hər hansı formada dirçəltmək mümkün olmadığı üçün Yerevan informasiya savaşını genişləndirməyə və dərinləşdirməyə çalışır. Hər şeydən görünür ki, Ermənistan rəsmi təbliğatı bu dəfə daha iyrənc manipulyativ üsullarla əl ataraq qarşı tərəfə psixoloji təzyiq göstərməyi əsas məqsəd kimi seçib. Yəni bir tərəfdən hərbi əməliyyat zonasında davamlı olaraq atəşkəsi pozur, təxribatlar törədir, digər tərəfdən isə təbliğat maşınını işə salaraq müharibənin Azərbaycan üçün məğlubiyyətlə bitməsi qənaətini yaratmağa çalışır. Ən qorxulusu odur ki, düşmən öz həyasız davranışları ilə xalqımızı ruhdan salmaq taktikasını seçib.
Mənə elə gəlir ki, Azərbaycan uzun müddət söz savaşı zonasında ilişib qala bilməz. O, bütün dünyaya Ermənistanın işğalçı olduğunu car çəkməklə yanaşı, beynəlxalq hüququn müstəqil dövlətə öz ərazisini qanunsuz silahlı birləşmələrdən təmizləməyə dair verdiyi imkanlara istinad edərək hərbi əməliyyatlara başlamalıdır”.


Oxunub: 347

Son xəbərlər

“Üç övlad atası idim, birini şəhid verdim, oğlum başımı uca etdi, az yaşadı, amma kişi kimi yaşadı”

Səfirliyə hücum edənlərin biznes şəbəkəsi: Bakıdakı restoranlar da ona aiddir?

Rusiyada alim vətənə xəyanət ittihamı ilə SAXLANILDI

Yaranmış problemə nazirliyin münasibəti

3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI

"Rublla bağlı razılığa gəldik” - Ərdoğan

Nazirlik ilanbalığının ovuna icazə verilməsinin səbəbini AÇIQLADI

Baş nazirdən Pərviz Şahbazovla bağlı SƏRƏNCAM

CƏNAB NAZİR, “Taxıl mafiyası” fermerlərə zülm edir... - “Qarşıdan aclıq gəlir”

Buzduxda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Londondakı səfirliyimizə hücumla bağlı CİNAYƏT İŞİ BAŞLANILDI

Bu yüksəkliklər Ordumuzun NƏZARƏTİNƏ KEÇDİ

“Samirin şəhadətə ucaldığını “Instagram”da gördüm” - Şəhid qardaşı

Çin XİN-dən ABŞ-a XƏBƏRDARLIQ

«Electro Service» QSC hansı tenderləri udur? - SİYAHI

Azərbaycan nefti bahalaşdı

İsmayıl Hüseynovun Praqada otelləri üzə çıxdı - İLGİNC FAKT

Azərbaycanın QƏRBİ AZƏRBAYCAN ARZULARI... NƏ QƏDƏR REALDIR?

Bakıda "Qazel" yandı

Xankəndini görürük... XANKƏNDİYƏ GƏLİRİK... - Başqa yolu YOXDUR!

REKLAM AGENTLİYİ: YARITMAZ, YOXSA KORRUPSİYALAŞMIŞ QURUM? – 8 il balıq evindən “haqq alan” Agentlik inad edir...

Mətbuat Şurası jurnalistə güc tətbiq edən DSX mayoru ilə bağlı BƏYANAT YAYDI

“Onu Azərbaycana təhvil versəniz Rusiya səfirliyini partladacağıq…” - ŞOK TƏHDİD

Ermənilərin Laçından çıxarılmasına vaxt verildi

Dolların 3 günlük məzənnəsi

BÖHRAN: Azərbaycanda un qıtlığı yaranıb - ÇÖRƏK SEXLƏRİ UNU LİMİTLƏ ALIR

“Təhsil” istirahət mərkəzidir, yoxsa islah koloniyası? – NARAZILIQ VAR!

Nazirlər Kabinetinin qərarının icra edilməməsi kimlərin maraqlarına uyğundur?

İllər ərzində AzTV-dən oğurlanan pullar... - GÖRÜN HARDAN ÇIXDI...

Bütün xəbərlər