Siqaret 3 dəfə bahalaşacaq? – Ekspert AÇIQLADI













Türkiyədə tütün məmulatlarının vergiyə cəlb olunma miqdarı 3 dəfəyədək artırılacaq. Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının millət vəkilləri ilə keçirdiyi görüşdə aidiyyatı orqanlara təlimat verib. Prezident ölkədə tütün məmulatlarından istifadənin vergi artımlarına baxmayaraq sürətlə artdığını bildirərək “Lazımdırsa, vergiləri 3 dəfə artırın”, – deyib.

Bəs Azərbaycanda da oxşar addım atıla bilərmi?

DogruXeber.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini “Yeni Sabah”a bildirən iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda belə bir addımın qaçaqmalçılığın artması ilə nəticələnə biləcəyini deyib:

“Əslində Türkiyədə onsuz da tütün məmulatları çox baha idi. Dünyanın əksər ölkələrində belə iqtisadi yollarla tütün məmulatları ilə mübarizə, siqaretin tərgidilməsinə təşviq kimi addımlar atılır. Avropanın bir çox ölkələrində də tütün əleyhinə belə addımlar atılıb. Türkiyədə qiymətin kəskin bahalaşması orda qaçaqmalçılıqla nəticələnir. Bilirsiniz ki, ən çox ticarət dövriyyəsi olan ölkə Gürcüstandır. Əgər Türkiyə prezidentinin bu təklifi keçərli olsa, onda Gürcüstanda tütün məmulatlarının qiyməti Türkiyəyə nisbətən 4 dəfə ucuz olacaq. İndi təsəvvür edin ki, bu gerçəkləşsə, Gürcüstandan Türkiyəyə qaçaqmalçılıqla tütün keçirtmək istəyənlərin sayı artacaq. İraqda da vəziyyət eynidir, orda da qiymətlər çox ucuzdur. Eyni hal Azərbaycan üçün də keçərlidir. Ona görə bu qərar büdcəni artırmaqdansa, əks effekt verə bilər”.

Ekspert tütünlə mübarizənin daha effektli üsullarının olduğunu qeyd edib:

“Tütünlə mübarizə mütləqdir, tütünün sağlamlığa ziyanı hamıya bəllidir. Tütünlə ciddi mübarizə aparılmalıdır, amma təkcə iqtisadi yollarla deyil. Kifayət qədər sosial lahiyələr həyata keçirilməlidir. Sosial çarxlar çəkilməlidir ki, Türkiyədə bu çox yayılıb. Müxtəlif təşviq siyasətləri həyata keçirilməli, idman növləri təbliğ olunmalıdır. Azərbaycanda mübarizə belə kompleks şəkildə həyata keçirilə bilər. Bizdə sosial təbliğat azdır. Cəmiyyətdə nüfuzu olan şəxslərin bununla bağlı çıxışları vacibdir”./Turkustan.info


Oxunub: 402

Son xəbərlər

“1 manatlıq” taksilər yığışdırılır? — BNA rəsmisi danışdı

DSX-nin Akademiyasının binası YANIR

Xaricdən qanunsuz pul köçürmələri edənlər cəzalandırılacaq

Arzu Rəhimov onları rəis TƏYİN ETDİ

“Qarabağda azərbaycanlı qardaşlarımızla birlikdə olduq” - Ərdoğan

Şəhid Raquf Orucovun xanımına vəzifə verildi

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Zakir Sultanov Ali Məhkəməyə müraciət etdi

Azərbaycanda polkovnik ürəktutmasından vəfat etdi

Nazirin oğluna vəzifə verildi

Zelenski Donbasa getdi

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

"Tası dəyişsə də hamam köhnə hamamdı" - Şəmkirin su dərdi bitmir ki, bitmir... //VİDEO

Prezident Maqomed Səidoviç Qurbanova “Şöhrət” ordenini təqdim etdi

Ordumuzun əsgəri özünü güllələyərək ÖLDÜRDÜ

Aktrisa xərçəngdən öldü

Sabah yolları buz bağlayacaq

Putin Qırğızıstana səfər edəcək

Texnoloji nəhəng “Lenovo” Bakıda regional mərkəz yaradır - FOTOLAR

İlham Əliyev Dağıstanın rəhbərini qəbul etdi

"Tərtər işi" üzrə azadlığa buraxılan 19 nəfərin SİYAHISI

İlon Mask və Cef Bezos Bakıya gələ bilər

Dövlət bu borcları silə bilər - VİDEO

Milli Məclisin iclası başladı

Ermənistanda daha bir deputat mandatından istefa verdi

"Tərtər işi" ilə bağlı 10 nəfərə bəraət verildi

Pensiyalar bu tarixdə ödəniləcək

BMT Təhlükəsizlik Şurası yenidən toplanır

Bütün xəbərlər