Yanvarın 1-dən evini sığorta etdirməyənlər cərimələnəcək









2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanması qaydaları qüvvəyə minəcək.
Artıq bir neçə müddətdir evlərə daşınmaz əmlakın icbari sığortası barədə bildirişlər gəlir. Ev sahiblərinin indidən evləri hansı sığorta şirkətinə əmanət etməsi barədə düşünməsi lazımdır.



Qeyd edək ki, indiyə qədər daşınmaz əmlakın sığortsı yalnız hüquqi şəxslərə aid idisə, indi həm hüquqi, həm də fiziki şəxslər evlərini icbari qaydada sığortalatmalıdırlar.



Bu günə qədər sığorta müqaviləsi əmlakın alqı-satğısı, bağışlanması zamanı yada düşürdü. Azərbaycanda bunu edəcək 12 sığorta şirkəti var. Ölkə qanunvericiliyinə görə, heç kim hər hansı şirkətlə müqavilə bağlamağa məcbur edilmir, sığorta şirkətini hər kəs könüllü seçir. İcbari Sığorta Bürosu isə hər bir halda bağlanmış bütün müqavilələrə nəzarət edən və sığorta bağlamış vətəndaşların hüquqlarını qoruyan qurumdur.



İndiyədək daşınmaz əmlakın məcburi qaydada olmaması bu prosesin elektronlaşmaması ilə bağlı idi, bu ilin sonunda bu proses başa çatacaq.



İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib ki, indi elektron qeydiyyat başa çadıqdan sonra ünvanı yazmağa ehtiyac olmayacaq, hər əmlakın unikal kodu əsasında sığorta şəhadətnaməsi hazırlanacaq.



Qiymətlərə gəlincə onu deyə bilərik ki, Bakıda və Abşeronda 50 manat müqabilində 25 min manatlıq sığorta paketi təklif olunur. Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat müqabilində 20 000 manatlıq,digər yaşayış məntəqələrində 30 manat müqabilində 15 000 manatlıq paket əldə etmək mümkün olacaq. Qaydalara əməl etməyənləri 30 manat cərimə gözləyir. 20 gün ərzində müqavilə bağlanmasa yenidən 30 manat cərimə tətbiq ediləcək. (bizimyol.info)
Yanvarın 1-dən evini sığorta etdirməyənlər cərimələnəcək


Oxunub: 472

Son xəbərlər

Yunanıstanda meşə yanğını başladı

Ərdoğan və Stoltenberq telefonla danışdı

Kirill Budanov: “Ukrayna 1991-ci il sərhədlərinə qayıdacaq"

Rusiyanın dini lideri Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb

Zelenski Ukraynanın Gürcüstan və daha dörd ölkədəki səfirlərini geri çağırıb

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

"Ukrayna münaqişəsi danışıqlar yolu ilə həll olunacaq" - Stoltenberq

Bank sektorunun xarici öhdəlikləri artıb

Bakıda sərnişin avtobusu qəzaya uğradı

Hərbi xidmətə çağırılanların NƏZƏRİNƏ

HADİSƏÖtən sutka 51 yanğına çıxış olub - FHN

Ermənistanda hökumətlə mərkəzi bank arasında gərginlik: kredit verilmir

Altı məktəbin ali təhsilsiz direktor müavini işdən çıxarıldı

Sabah bu küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI

Sabahdan ərik ucuzlaşacaq

Sumqayıtda çalış xəstə düşmə... - Çünki səhiyyə sisteminin özü xəstədir...

"Xüsusi bir şəbəkə var, bu şəbəkə mənə qarşı neqativ münasibət sərgiləyir" - Fəzail Ağamalı

“Ermənilərin xoşbəxtliyi Azərbaycanın əlindədir” - BU FAKTDIR!!!

Azərbaycan nefti bahalaşdı

Cənubi Qafqazda ən böyük büdcə də, ən az orta maaş da Azərbaycandadır - elə bu fakt KORRUPSİYANI İFADƏ EDİR

BU NƏDİ BELƏ: Qarabağda ermənilərin müqavimət ocaqları formalaşıb... - Daşnak deputat

Azərbaycanda SAXTA PENSİYA BİZNESİ... - İLGİNC İDDİALAR...

İnstagramda yeni funksiyalar yaradılır

İcra hakimiyyətinin yarım milyonluq tenderini vergi borcu olan şirkət uddu - FOTOFAKT

Xalq artistinin 70 illik yubileyi keçirilib

Daşınmaz əmlakı daşıtdıran nazir müavini kimdir?

Parlament Zəngilanda qızıl yataqlarına dair Sazişi təsdiqləyəcək

"Rusiya ilə münasibətlər yüksək səviyyədədir" - Nazir

Ukrayna Ali Radasının sədri Putinə səsləndi

Köçəryan ümumerməni fonduna daxil olmaqdan imtina etdi

Bütün xəbərlər