Azərbaycan qızıl medalsız qaldığı Dünya Oyunlarında neçənci oldu? - SIRALAMA













16-27 oktyabr tarixlərində Çinin Uhan şəhərində hərbçi idmançılar arasında VII dəfə Dünya Oyunları keçirildi.

Oxu.Az xəbər verir ki, 31 idman növü üzrə baş tutan, tennis və idman gimnastikasının nümayiş xarakteri daşıdığı yarışlarda millimiz 24 idmançı ilə mübarizə apardı.

Bunlar Tofiq Məmmədov, İsmayıl İbrahimov, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elmar Qasımov (hamısı cüdo), Salman Əlizadə, Tayfur Əliyev, Ruslan Rüstəmov, Sərxan Əliyev, Səbuhi Abışov, İsmayıl Yaqubov, Aynur Rzayeva (hamısı boks), Ağahüseyn Mustafayev, Murad Bazarov, Həsən Əliyev, Rafiq Hüseynov, Tatyana Varansova, Mahir Əmiraslanov, Mikayıl Rəhmanov (hamısı güləş), Emin Cəfərov, Fuad Qurbanov, Niyaz Ağazadə, Nurlana Cəfərova və Riqina Meftəhəddinova (hamısı atıcılıq) idi.

İdmançılarımızdan heç biri qızıl medal qazana bilmədi. Ən yaxşı nəticəni isə güləşçilərimiz göstərdi. Yunan-Roma güləşində Həsən Əliyev (-77 kq) və Rafiq Hüseynov (-87 kq) yalnız finalda uduzaraq gümüş medal qazandı. Digər yunan-Roma güləşi üzrə idmançımız Mikayıl Rəhmanov (-67 kq) isə Azərbaycanın aktivinə bürünc medalı yazdırdı.

Cüdoçularımızdan Hidayət Heydərov (-81 kq) və Məmmədəli Mehdiyev (-90 kq), eləcə də boksçumuz Salman Əlizadə (-49 kq) bürünc medal qazandı. Beləliklə, əvvəl də xəbər verdiyimiz kimi, Azərbaycan yarışı yalnız iki gümüş və dörd bürünc medalla tamamladı.

Bəs qazanılan altı medal yarışın sıralamasında Azərbaycanı neçənci etdi? Əvvəla, onu bildirək ki, meydan sahibi Çin aşkar fərqlə medal sıralamasının birincisi oldu. Çinin hərbçi idmançıları 239 medal qazandı. Bunlardan 133-ü qızıl, 64-ü gümüş və 42-si bürünc medal oldu. 161 medal qazanmış Rusiya II sırada tamamladı (51-53-57). 88 medala layiq görülmüş Braziliya III yeri tutdu (21-31-36).

Azərbaycan isə 1021 medalın qazanıldığı (bunlardan 316-sı qızıl, 316-sı gümüş və 389-u bürünc medaldır) Dünya Oyunlarında XXXVIII yeri tutdu. Millimiz qazanılan altı medalın sayına görə isə XXV oldu. Komandamız bu göstəricidə Finlandiya və Tailandla eyni göstəriciyə imza atdı.

Qonşu ölkələrdən İran 11 medalla (4-2-5) XIV, Türkiyə beş medalla (2-0-3) XXII oldu. Gürcüstan medal qazanmadısa, Ermənistan cəmi bir bürünc medalla kifayətlənib 56-cı yeri tutdu.

Qeyd edək ki, növbəti – VIII Dünya Oyunları 2023-cü ildə Kolumbiyanın paytaxtı Boqotada keçiriləcək.


Oxunub: 604

Son xəbərlər

“İnternational Medical Center 1” xəstəxanasında yeni doğulmuş körpənin taleyindən xəbər yoxdur - BU NƏDİ BELƏ?!

“Qərb Qazaxıstanın müstəqilliyini qoruyur” — Rəsmi Astanadan Rusiya və Çinə qarşı ŞOK AÇIQLAMA

Rusiya NATO-ya qarşı müharibəyə hazır olduğunu AÇIQLADI

Təhlükəsizlik Şurasının katibi xidmətinə yeni şöbə müdiri təyin edildi - SƏRƏNCAM

Rusiya Haaqa Tribunalından yayınmaq üçün Əlcəzairlə saziş imzalamaq istəyir

“Azəriqaz” İB yanında İctimai Şuraya seçkilərin vaxtı elan edildi

Türkiyədə Ermənistan-Azərbaycan sülh prosesi müzakirə edilib

HƏMAS girov götürdüyü iti də azad etdi

İran prezidenti niyə Türkiyəyə getməyib? - Səbəb AÇIQLANDI

Amerikanın hərbi təyyarəsi okeana düşdü

"Tərtər işi” ilə bağlı həbs olunan hərbçilərə HÖKM OXUNDU

Zelenski “İlin xəyalpərəsti” elan edildi

Polşa buna görə Finlandiyaya qoşun göndərir

Hərbçilərin aylıq vəzifə maaşları 20 faiz artırılacaq

Deputat ezamiyyə xərclərinin artırılmasını təklif edir

Azərbaycan nefti bahalaşdı

Erməni deputat Bakıda yaşamaq istəyir

Bu günə olan valyuta məzənnələri

Putin bunu xəyanət adlandırdı

Qurban Qurbanov ilk maaşını açıqladı

Rusiyadan Ukraynanın təzminat istəyinə CAVAB

Cəlal Arutyunyanla bağlı cinayət işi məhkəməyə göndərildi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr təyin edildi

Məhkəmə "Kanal 13"ün rəhbəri barəsində qərar verdi

Ziya Məmmədovun qardaşına yeni vəzifə verildi - ƏMR

Sabah üç rayonda qaz olmayacaq

Bu uşaq evində uşaqlar soyuq su ilə çimizdirilir - VİDEO

Möhbalıyev "həmkarlara" ayrılan vəsaitin artırılmasını istədi - Putyovkalar 30 faiz bahalaşdı

Bank Akif Çovdarovun şirkətlərini məhkəməyə verdi — 9 milyonluq borc

Azərbaycanda orta və yaşlı əhali peyvənd olunacaq

Bütün xəbərlər