gundem
3.12.2019, 10:21
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
DogruXeber.az--ın məlumatına görə, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Şahlar Cəfərov Tovuz Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Tovuz RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Elçin Əsgərov rayonun Regional Mühafizə İdarəsinə rəis təyin edilib./Oxu.Az