gundem
4.12.2019, 13:04
"Tələbənin ölümü qida zəhərlənməsindən olmayıb" - AQTA sədri
"Bakı Dövlət Universitetin yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb".
DogruXeber.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentiyinin sədri Qoşqar Təhməzli Bakı Dövlət Universitetində zəhərlənmə hadisəsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbənin zəhərlənməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır: "Sonda Qida Təhlükəsizliyi Agentliyi ümumi açiqlama verəcək. KİV-də bu barədə bir sıra yalnış informasiyalar verildi. Bu hadisəni qida zəhərlənməsi halı olaraq qələmə verməyə çalışdılar. Ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir".