Zəlzələdən ziyan çəkən sakinlərə tikilən evlərin sayı açıqlandı















Zəlzələ nəticəsidə evsiz qalan əhali üçün tikiləməsi nəzərdə tutulan 580 fərdi yaşayış evindən 453-ü artıq sakinlərə təhvil verilib.

DogruXeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin zəlzələ bölgəsinə ezam olunan nümayəndəsi Həsən Qasımzadə “Real” TV-yə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, fevral ayında baş verən zəlzələ nəticəsində evsiz qalan sakinlər üçün 10 ay ərzində fərdi yaşayış mənzilləri tikilib:
“Bildiyiniz kimi, fevralın 5-də Şamaxı, Ağsu və İsmayıllı rayonunda zəlzələ baş verib. Cənab prezident zəlzələnin yaratdığı fəsadların dərhal aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.

Həmin tapşırıqlar əsasında hər üç rayona mütəxəssislərimiz ezam olunub və görülən işlərə birbaşa nəzarət edilib. Bu günə kimi komissiyamız evlərinə ziyan dəyən ailələrlə görüşüb, dəymiş ziyan hesablanıb.

Ümumilikdə komissiyanın fəaliyyəti dövründə vətəndaşlar tərəfindən 10 min 650 müraciət daxil olub. Onlardan 10 min 609 ünvana baxış keçirilib və aktlaşdırılıb. Komissiyanın rəyinə əsasən, 709 evin kəskin qəzalı, 2886 evin bərpaya ehtiyacı olduğu, 4825 evdə isə təmir işlərinin zəruri olduğu qeydə alınıb.

Region üzrə 580 fərdi evin tikintisinə başlanılıb və 453 fərdi yaşayış evi tikilərək vətəndaşların istifadəsinə verilib. Hazırda 127 fərdi evdə son tamamlanma işləri gedir ki, ilin sonuna qədər o evlər də vətəndaşların istifadəsinə veriləcək.

Tikintisinə mart ayının 7-də başlanılan dördmərtəbəli 44 yaşayış mənzili olan binada işlər 6-7 ay ərzində başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Ötən gün ölkə başçısı binanın açılışında iştirak edib.

Bina artıq hazırdır. Bir ailə artıq binaya köçüb, digər 43 ailənin də mənzillərə köçməsi təmin ediləcək. Şamaxı rayonunda bundan başqa beşmərtəbəli, 20 mənzilli yaşayış binası da artıq istifadəyə hazır vəziyyətdədir. Hazırda 110 mənzilli beşmərtəbəli binanın tikintisi isə davam edirilir”.

FHN rəsmisi onu da əlavə edib ki, fərdi yaşayış evlərinin tikintisi yalnız Şamaxıda deyil, zəlzələdən ziyan görmüş Ağsu və İsmayıllı rayonlarında da aparılır. /Oxu.Az


Oxunub: 463

Son xəbərlər

“1 manatlıq” taksilər yığışdırılır? — BNA rəsmisi danışdı

DSX-nin Akademiyasının binası YANIR

Xaricdən qanunsuz pul köçürmələri edənlər cəzalandırılacaq

Arzu Rəhimov onları rəis TƏYİN ETDİ

“Qarabağda azərbaycanlı qardaşlarımızla birlikdə olduq” - Ərdoğan

Şəhid Raquf Orucovun xanımına vəzifə verildi

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Zakir Sultanov Ali Məhkəməyə müraciət etdi

Azərbaycanda polkovnik ürəktutmasından vəfat etdi

Nazirin oğluna vəzifə verildi

Zelenski Donbasa getdi

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

"Tası dəyişsə də hamam köhnə hamamdı" - Şəmkirin su dərdi bitmir ki, bitmir... //VİDEO

Prezident Maqomed Səidoviç Qurbanova “Şöhrət” ordenini təqdim etdi

Ordumuzun əsgəri özünü güllələyərək ÖLDÜRDÜ

Aktrisa xərçəngdən öldü

Sabah yolları buz bağlayacaq

Putin Qırğızıstana səfər edəcək

Texnoloji nəhəng “Lenovo” Bakıda regional mərkəz yaradır - FOTOLAR

İlham Əliyev Dağıstanın rəhbərini qəbul etdi

"Tərtər işi" üzrə azadlığa buraxılan 19 nəfərin SİYAHISI

İlon Mask və Cef Bezos Bakıya gələ bilər

Dövlət bu borcları silə bilər - VİDEO

Milli Məclisin iclası başladı

Ermənistanda daha bir deputat mandatından istefa verdi

"Tərtər işi" ilə bağlı 10 nəfərə bəraət verildi

Pensiyalar bu tarixdə ödəniləcək

BMT Təhlükəsizlik Şurası yenidən toplanır

Bütün xəbərlər