Azərbaycanda ilk dəfə “Energy Forward” konfransı keçirilir












“Baker Hughes” şirkəti Azərbaycanda ilk dəfə neft və qaz sektorunda məhsuldarlıq, səmərəlilik və təhlükəsizliyi əhəmiyyətli şəkildə dəyişən əsas tendensiyaları müzakirə etmək üçün dünyanın və regionun ideya sahiblərini və texniki ekspertləri bir araya gətirən “Energy Forward” konfransı keçirir.
Tədbirin proqramına aparıcı regional və beynəlxalq şirkətləri təmsil edən yüksək nüfuza malik spikerlərlə Xəzər dənizi hövzəsində və dünyanın digər yerlərində neft və qaz sektorunda müşahidə olunan dəyişiklərin müzakirə olunduğu plenar sessiyalar, habelə rəqəmsal transformasiya, ən müasir intervensiyalar, ağıllı qazma, tam maye həlləri, vəziyyətin monitorinqi və qabaqlayıcı korroziya idarəetməsi, həmçinin sıxılmış ağac və manifold kimi neftçıxarma avadanlıqları barədə geniş texniki sessiyalar daxildir.

Konfransın strateji hissəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev çıxış edəcək. Daha sonra keçiriləcək plenar sessiyada BP şirkətinin regional direktoru Gary Jones, Azərbaycan Respublikası Energetika nazirinin müavini Elnur Soltanov və “Baker Hughes” şirkətinin rəqəmsal həllər üzrə vitse-prezidenti Rami Qasem neft sənayesində müşahidə olunan çağırışları və şirkətlərin bu çağırışlara davam gətirəcək çevik və dayanıqlı biznes mühitini necə qurmalı olduqları barədə müzakirə aparacaq.

Tədbirdə həmçinin “Baker Hughes” tərəfindən ilk dəfə Azərbaycanda təqdim olunan ən müasir texnologiyaların nümayiş olunduğu sərgi keçiriləcək. Sərgidə Xəzər dənizi regionundan olan bütün ölkələrin təmsilçiləri üçün ən son innovasiyalar və qabaqcıl texnologiyalar, o cümlədən süni zəka, periferik hesablama (edge computing) və yeni nəsil fakelin işinin optimallaşdırılması barədə məlumat əldə etmək imkanı qazanacaq.

Tədbirdə həmçinin “Baker Hughes” şirkətinin sualtı texnologiyaların gələcəyi ilə bağlı yanaşması – Subsea Connect, həmçinin qazma və tamamlama işləri üçün qabaqcıl neftçıxarma texnologiyaları nümayiş olunacaq. Digər bölmə isə karbon və metan tullantılarının azaldılmasına yönəlmiş yeni enerji gələcəyini nəzərdə tutan rəqəmsal həllərə həsr olunub.

“Energy Forward” beynəlxalq səviyyədə qabaqcıl təcrübəni və çıxarılmış nəticələri bölüşmək və mühəndislik, elm və məlumatların imkanlarını kəşf etmək məqsədilə dünyanın əsas neft və qaz şirkətlərindən olan 250-dən çox liderləri və əsas tərəfdaşları bir araya gətirən və Xəzər regionunda neft və qaz sektorunun gələcək inkişafı üçün rəqəmsal transformasiya və innovasiyaların nümayiş olunduğu unikal texnologiya tədbiridir.


Oxunub: 591

Son xəbərlər

Bakıda əməliyyata girən qadın öldü – İki klinikaya İTTİHAM

Bu kolbasalar böyrəkdə daş yaradır

Hacı Vəliyevlə bağlı qərar verildi

BŞTİ-də yeni kadr təyinatı oldu

Nazir müavinin qardaşı tenderin qalibi oldu: 1.2 milyon manatlıq razılaşma

Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!

Saleh Səmədovun yerinə yeni sədr seçildi

Qurbanlıq heyvanlar bu şərtlərlə kəsilməlidir

Ali Məclis Naxçıvanda yeni naziri vəzifəsinə təsdiqlədi

"İlham qardaşımın 9-cu nəvəsi oldu" - Ərdoğan

Yasamal rayonunda sakinlər üçün növbəti səyyar qəbul keçirildi - FOTO

“Nar”ın dəstəyi ilə “B4B” kitabının təqdim oldu - FOTO

"Dövlət layihəsi" adı altında "qaz vurub, qazan dolduranlar" - VİDEO

201 saylı məktəbin DİKTATOR direktoru Qərbi Azərbaycan əsilli vətəndaşı "ERMƏNİ KÖPƏYİ" adlandırmışdır. VİDEO!!!

Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO

Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi

"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var

Azərbaycanın 9-cu hava limanı yaxında istifadəyə veriləcək - Prezident açıqladı

Əvəz Zeynallının səhhəti kəskin pisləşdi - Həyat yoldaşı müraciət etdi

Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi

"Bu, Ermənistana qarşı ərazi iddiası demək deyil" - Prezident

Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir // VİDEO

Tənhalıq kar olmağımıza səbəb ola bilər

Hansı evlərə “kupça” verilmir?

Sədr müavini Nazir təyin olundu

Ali Məhkəmədən əsassız varlanma ilə bağlı mühüm qərar

Ağdamda insan sümüklərinə oxşar skelet qalıqları tapılıb

"Varfarin DV"nin ölkəyə idxalı qadağan edilib? - RƏSMİ AÇIQLAMA

"Memar Əcəmi"yə ciddi təhlükə yaradan nəhəng obyekt tikintisi: Günahkarlar istədiklərini etməkdən çəkinmirlər - FOTOFAKTLAR

Yanacaqdoldurma obyektlərinin istismarı ilə bağlı şərtlər dəyişdi

Bütün xəbərlər