gundem
7.01.2020, 15:13
Qasım Süleymaninin dəfn mərasimində DƏHŞƏT - 35 nəfər öldü, 48 yaralı var - Yenilənib
İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlərin və xəsarət alanların sayı məlum olub.
DoğruXəbər.az“Yeni Sabah”-a istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyasının saytı məlumat yayıb. Bildirilib ki, Qasım Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb.
***
İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlər var.
“Yeni Sabah” xəbər verir ki, bunu İranın Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Pirhüseyn Kulivənd deyib.
Ölənlərin dəqiq sayı barədə açıqlama verilməyib.
P.Kulivənd hadisə nəticəsində yaralananların da olduğunu bildirib.(APA)