Ucarda məmur dələduzluğu... - Keçmiş deputatın adı da hallandırılır...






Ucarda məmur dələduzluğu... - Keçmiş deputatın adı da hallandırılır...

Ucar rayonu Məlikballı kənd sakini 2-ci qrup əlil Həsənov Teymur Sədyar oğlu təfərindən DoğruXəbər.az bildiriki DİA.AZ-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaş yazır:

"Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, 2012-ci il tarixdən 2013-cü il tarixə kimi mənim xəbərim olmadan adıma ünvanlı sosial yardım yazılaraq Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin rəhbərliyi tərəfindən alınaraq mənimsənilmişdir.Yaınız bu barədə 2019-cu ilin noyabr ayı tarixində məlumat aldım ki, mənim adıma 2012-2013-cü ildə bir il ünvanlı sosial yardım yazılıb mənim əvəzimə alınıb mənimsəyiblər. Bunu isə həmin vaxt Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin müdiri vəzifəsində işləmiş Natiq Məmmədov edib.Natiq Məmmədov hazırda Ucar rayon poçt filialının müdiri vəzifəsində işləyir.
Belə ki, yoxsul vəziyyətdə olduğum üçün 2012-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin müdiri Natiq Məmmədovun qəbuluna getdim.Onunla söhbət edib ailəmin yoxsulluq həddində yaşamasını bildirib ünvanlı sosial yardım təyin edilməsinə köməklik göstərməsini ondan xahiş etdim. Bundan sonra Natiq Məmmədovun dediyi sənədləri toplayıb gətirib ona təqdim etdim. Təxminən 10 gündən sonra Natiq Məmmədov məni çağırıb sənədləri geri qaytarıb bildirdi ki, sənin ailənə ünvanlı sosial yardım düşmür.
Ünvanlı sosial yardım təyin olunması üçün 2019-cu ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon Şöbəsinin müdir müavini Oruc Piriyevin qəbulunda olan zaman elektron sistemə baxıb mənə dedi ki, sən 2012-2013-cü il tarixdə bir il ünvanlı sosial yardım almısan, sistemdə adın göstərilir.Həmin vaxt mənə məlum oldu ki, mənim adıma 2012-2013-cü ildə ünvanlı sosial yardım yazılıb mənim əvəzimə alıb mənimsəyiblər.
Bu cinayət faktıdır ki, Natiq Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı edərək törətmişdir. Mənim xəbərim olmadan mənim adıma ünvanlı sosial yardım yazdırıb mənim əvəzimə yardımı alıb məniməsəyən şəxs Natiq Məmmədov hazırdada vəzifədədir.Qeyd edim ki, korrupsiyaya qurşanmış Natiq Məmmədov indiyə qədər müxtəlif vəzifələrdə işləyib.Əvvəl Reyestr xidmətinin müdiri, sonra Ucar rayon Qaz İstismarı İdarəsinin müdiri, 2010-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon Şöbəsinin müdir, Yevlax rayon Sosial Müdafiə şöbəsinin müdiri vəzifələrində işləyib.Bütün vəzifələrində onun korrupsiya əməlləri subut olunduğu üçün işdən kənarlaşdırılıb.Həttda Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon Şöbəsinin müdir vəzifəsində işləyən zaman etdiyi qanunsuzluğa etiraz edən şəxs özünü yandıraraq intihar etmişdir.Keçmiş deputat Elton Məmmədov onu himayə etdiyi üçün həbsdən qurtulmuşdur.Hazrda da Natiq Məmmədovu sabiq deputat Elton Məmmədov himayə edir.O, hər ay keçmiş deputat Elton Məmmədova haqq verir.Natiq Məmmədov rəhbər vəzifəyə təyin olunması tam qanunsuzluq olsada Əli Abbasovun nazir olduğu vaxt küllü miqdarda rüşvət hesabına Ucar poçt filialına müdir vəzifəsinə təyin edilib.
Mən ailəmlə birlikdə çox acınacaqlı yoxsul vəziyyətdə yaşayıram. Qızım anadangəlmə ruhi xəstədir ki, buna görə o 2-ci qrup əlildir.Özümdə 2-ci qrup əliləm. Əlilliyə görə aldığımız pensiya bizim 7 gün normal yaşamağımıza güclə çatır.Qohum-qonşuların verdiyi fitrə ilə dolanırıq.
Mən Natiq Məmmədovun korrupsiya cinayəti barədə bu gün prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri cənab Ramil Quluzadəyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə şikayət ərizəsi gönrəmişəm.Ancaq istəyirəm ki, şikayət ərizəmə Ucar rayonunda araşdırlmasın çünki pulu çox olduğu üçün burada Natiq Məmmədovu qanunszu olaraq haqlı çıxaracaqlar
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri cənab Ramil Quluzadəyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə müraciət ünvanlayıb xahiş edirəm vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı edib korrupsiya cinayəti ilə məşğul olan hazırda Ucar poçt filialının müdiri vəzifəsində işləyən Natiq Məmmədovun barəsində ciddi tədbirlər görəsiniz.Bu adam törətdiyi cinayət əməlinə görə həbs edilməlidir".

Dia.az


Oxunub: 748

Son xəbərlər

"Putin Ukrayna ilə bağlı məsələlərə şəxsən nəzarət edir" - Peskov

Ermənistanın COP29 FOBİYASI — Pərt olmaqdan qorxduqları üçün Bakıya gəlmirlər?

Yeni ildə neçə gün iş olmayacaq?

13-16 yaşlı yeniyetmələrdən ibarət dəstə 370 cinayət törədib

Yusif İldırımzadənin qardaşının cinayət işi ilə bağlı məhkəmə keçirildi

"KTMT ilə bağlı mövqeyimiz dəyişməyib" - Ermənistan XİN

"Bura köhnə Azərbaycan şəhəridir" - Paşinyandan AÇIQLAMA

Ucuz qiymətə bahalı səhhət problemləri - bizi kimi ölkələrdə AKTUALDIR...

Nazim Bəydəmirlinin şikayəti əsasında məhkəmə başlayır

"ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ HƏR AN BAŞLAYA BİLƏR" - Müdafiə nazirindən önəmli açıqlamalar + VİDEO

Dövlət başçısı Efiopiya Prezidenti ilə görüşdü

Kənan Aslanovun rəhbərlik etdiyi "Gemza Group" ölkədən pul çıxarıb - MÜBAHİSƏ - MÜBAHİSƏ

Gömrükdə tır sürücüsündən 2 ədəd su və 2 ədəd siqaret alan hərbçi tərxis olundu - ŞİKAYƏT

Paşinyan 9 noyabr kapitulyasiya aktını necə imzaladığını AÇIQLADI

“AzərEnerji” və “GE Vernova” şirkəti arasında sənəd imzalandı - VİDEO

Borrell Trampı bu şəxslə müqayisə etdi

Hazır qəhvə qocalmanı sürətləndirir

Palau Prezidenti Azərbaycana gəldi

Dünyanın ən böyük mərcanı ilk dəfə COP29-da açıqlandı

"İran və Rusiyanın Cənubi Qafqazda maraqları fərqlidir" - Səfir

"Saakaşvili həbsxanadan çıxa bilməyəcək" - Tbilisi meri

İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşdü

Bu təhsil müəssisəsində tələbələr "soğan kimi soyulur... - ŞOK MƏLUMATLAR // VİDEO

COP29-da rəqəmsallaşma və nəqliyyat: tematik günlər, təşəbbüslər, gözləntilər

D vitamininin əhəmiyyəti

Özünü hotelin sahibi kimi təqdim edib, illərlə pulsuz yaşadı

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı

İlham Əliyev Filemon Yanq ilə görüşdü

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ÖLÜM

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər