İcra başçısı gərginlik yaratdı, işə nazirlik də qarışdı — Masallıda nələr baş verir? (FOTOLAR)











Masallı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rafil Hüseynovun Hişkədərə kəndinin qədim qəbirstanlığının yerində obyekt tikdirməsi geniş müzakirələrə səbəb olub. Kənd sakinlərinin dediyinə görə, 2500 ildən çox yaşı olan dəfn yerləri artıq hasarla əhatə olunub və əgər Mədəniyyət Nazirliyi fəaliyyətsiz olsa, qəbirlərin özbaşına dağıdılması ilə özləri mübarizə aparmaq niyyətindədirlər.


DogruXəbər.az xəbər verir ki, Hişkədərə kəndindəki qədim qəbristanlığın bəzi tarixçilərə görə, yaşı orta əsrlərə qədər gedib çıxır. Lakin həmin qəbristanlıqda aşkarlanan küp qəbirlər isə bu tarixin 2000 ilə qədər gedib çıxdığını deməyə əsas verir.



Hazırda Hişkədərə qəbristanlığı qədim mədəniyyət abidəsi kimi Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınıb. 6 ay bundan əvvəl başlayan obyek tikmə prosesində isə ən fəal şəxslərin Masallının sabiq icra başçısı, hazırda Ağcabədi rayonuna icra başçısı təyin edilmiş Rafil Hüseynov, kənd icra nümayəndəsi Humra Cəfərova və kəndin axundu Söhrab Ağayev olduğu deyilir. Sakinlərin bildirdiyinə görə, bir qrup şəxsin marağında olan bu tikinti işini həyata keçirənlər fəaliyyətə başlamaq istəsələr də, camaatın etiraz etməsi, prosesi bir qədər yubadıb. Həmin axund Masallının keçmiş icra başçısı Rafil Hüseynov ilə əlbir olub, qəbristanlıqda Mərasim Evi tikməyə çalışır.



Şikayətçilərdən biri redaksiyamıza müraciət edərək bildirib ki, qəbristanlıq iki hissədən ibarətdir. Birincisi Ali Məhəmməd qəbristanlığıdır, orta əsrlərə aiddir:



“İkincisi isə 2500 ilə yaxın yaşı var. Küp qəbirlər qəbristanlığı adlanır. Hamısını sökürlər Söhrab Ağayev Mərasim Evi tikilərsə, bütün qəbristanlıq sıradan çıxacaq. Orada geniş arxeoloji işlər aparılmalıdır. Mədəniyyət Nazirliyi hələlik vəsait tapa bilmir”.



Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynova müraciət etdik.



Fariz Hüseynov bildirib ki, Masallı rayonunun Hişkədərə kəndində yerləşən “Əli Məhəmməd şah” qəbiristanlığının ərazisində mərasim evinin tikilməsi ilə bağlı kənd sakinləri tərəfindən sentyabr ayında Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət daxil olub.



“Abidə Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli arxeoloji abidə kimi (inventar № 5960, tarixi – orta əsrlər) dövlət qeydiyyatına götürülüb. Məsələ ilə əlaqədar Dövlət Xidmətinin və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları əraziyə ezam olundular. Məlum oldu ki, həmin ərazidə əvvəllər kurqanlar olub, lakin Sovet dövründə kurqanların üstündəki torpaq qatı götürülərək orada ibtidai məktəb binası tikilmiş, bina çöküntü verdiyindən uçurdularaq yeri beton qatla doldurulmuş və maşın parkı kimi istifadə olunmuşdur.



Qeyd edim ki, Dövlət Xidməti tərəfində ərazidə tikinti işlərinin aparılmasına icazə verilməyib və tam olaraq tikinti işləri dayandırılıb, əraziyə çəkilmiş hasarın sökülməsi tələb olunub. Məsələ ilə bağlı Masallı rayon icra hakimiyyətinə də müraciət edilib”.



Həmçinin F.Hüseynovun sözlərinə görə, “Əli Məhəmməd şah” qəbiristanlığının ərazisində mərasim evinin tikilməsinə icazə verilməsi ilə bağlı Hişkədərə kənd dini icmasının sədri Söhrab Ağayev tərəfindən də müraciət daxil olub. Bununla bağlı həmin şəxsə ərazidə tikinti işlərinin aparılmasına icazə verilməyib. Eyni zamanda abidə ərazsində tikinti işlərinin aparılması qanunvericiliyin tələblərinə zidd olduğu və qanunvericiliyə uyğun olaraq müvafiq cinayət və intizam məsuliyyət daşıdıqları barədə xəbərdarlıq olunub.



Mətbuat katibi onu da əlavə edib ki, yerlərdə nazirliyin yerli abidə mühafizəçiləri, əməkdaşları var: “Abidələrə nəzarət abidə mühafizəçiləri tərəfindən keçirilir. Abidə mühafizəçiləri onlara tabe olan və dövlət qeydiyyatında olan abidələrə nəzarət edirlər”. (yenisabah.az)
İcra başçısı gərginlik yaratdı, işə nazirlik də qarışdı — Masallıda nələr baş verir? (FOTOLAR)


Oxunub: 498

Son xəbərlər

“1 manatlıq” taksilər yığışdırılır? — BNA rəsmisi danışdı

DSX-nin Akademiyasının binası YANIR

Xaricdən qanunsuz pul köçürmələri edənlər cəzalandırılacaq

Arzu Rəhimov onları rəis TƏYİN ETDİ

“Qarabağda azərbaycanlı qardaşlarımızla birlikdə olduq” - Ərdoğan

Şəhid Raquf Orucovun xanımına vəzifə verildi

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Zakir Sultanov Ali Məhkəməyə müraciət etdi

Azərbaycanda polkovnik ürəktutmasından vəfat etdi

Nazirin oğluna vəzifə verildi

Zelenski Donbasa getdi

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

"Tası dəyişsə də hamam köhnə hamamdı" - Şəmkirin su dərdi bitmir ki, bitmir... //VİDEO

Prezident Maqomed Səidoviç Qurbanova “Şöhrət” ordenini təqdim etdi

Ordumuzun əsgəri özünü güllələyərək ÖLDÜRDÜ

Aktrisa xərçəngdən öldü

Sabah yolları buz bağlayacaq

Putin Qırğızıstana səfər edəcək

Texnoloji nəhəng “Lenovo” Bakıda regional mərkəz yaradır - FOTOLAR

İlham Əliyev Dağıstanın rəhbərini qəbul etdi

"Tərtər işi" üzrə azadlığa buraxılan 19 nəfərin SİYAHISI

İlon Mask və Cef Bezos Bakıya gələ bilər

Dövlət bu borcları silə bilər - VİDEO

Milli Məclisin iclası başladı

Ermənistanda daha bir deputat mandatından istefa verdi

"Tərtər işi" ilə bağlı 10 nəfərə bəraət verildi

Pensiyalar bu tarixdə ödəniləcək

BMT Təhlükəsizlik Şurası yenidən toplanır

Bütün xəbərlər