gundem
13.02.2020, 10:30
Azərbaycan neftinin qiyməti 1,5% artıb - SON QİYMƏT
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,91 ABŞ dolları və yaxud 1,53% artıb.
DogruXəbər.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 60,53 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb./FED.az