Bu gün futbol üzrə Azərbaycan çempionatının XVII turuna start veriləcək





Fevralın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna iki qarşılaşma ilə start veriləcək.
DogruXəbər.az xəbər verir ki, iki günü əhatə edəcək tura Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Qarabağ” oyunu ilə başlanılacaq. Saat 15:00-da keçiriləcək görüşü Rəhim Həsənov idarə edəcək.
Hazırda Ağdam təmsilçisinin 35 xalı var, paytaxt klub isə 20 xalla 5-ci yerdədir. “Qarabağ” birinci dövrədə 3:1 hesabı ilə qələbə qazanıb. İkinci dövrədəki oyun isə bərabərliklə bitib - 1:1.
Komandalar indiyədək 18 dəfə üz-üzə gəliblər. Qəsəbə təmsilçisi hələ ki, rəqibini məğlub edə bilməyib. “Köhlən atlar” 13 dəfə meydanı 3 xalla tərk ediblər, 5 qarşılaşma isə heç-heçə bitib. “Qarabağ” ardıcıl 5 səfər matçında da qələbə qazanıb. Topların fərqində də son ölkə çempionunun aşkar üstünlüyü var - 37:8.
Həmin gün baş tutacaq “Sumqayıt” – “Sabah” matçının baş hakimi İnqilab Məmmədov olacaq. Saat 17:00-da start götürəcək görüş “Kapital Bank Arena”da oynanılacaq.
“Gənclik şəhəri” təmsilçisi 22 xalla 4-cü, qonaq komanda isə 16 xalla 6-cı sıradadır. “Sumqayıt” hər iki dövrədə qələbə qazanıb - 1:0, 3:1.
Rəqiblər Premyer Liqada 6 dəfə üz-üzə gəliblər. Meydan sahibləri 6, paytaxt klubu isə 1 dəfə qələbə sevinci yaşayıb. Topların fərqində də “Sumqayıt” öndədir - 10:4. “Sabah” 3 matçdır rəqibi ilə görüşdə xal qazana bilmir. “Sumqayıt”ın evindəki bütün matçlarında isə tərəflər bir qol vura biliblər.
Fevralın 16-da “ASCO Arena”da keçiriləcək “Səbail” – “Qəbələ” oyununda baş hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Matç saat 16:30-da başlayacaq.
Tura həmin gün keçiriləcək “Neftçi” - “Keşlə” oyunu ilə yekun vurulacaq. Elçin Məsiyevin idarə edəcəyi qarşılaşma saat 19:00-da start götürəcək.
Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Qeyd edək ki, 16 turdan sonra turnir cədvəlinə 35 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 27 xal olan “Neftçi” ikinci, 26 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (16), “Səbail” (15) və “Qəbələ” (13) yer alıblar./Azertac


Oxunub: 729

Son xəbərlər

Daha 2 məktəb direktoru cəzalandırıldı

Yeni Günəşlidə yolu kim dağıdıb – “Parla Residence”, yoxsa “Golden Rose”?/FOTOLAR

Azərbaycanda liftlərin təhlükəsizliyi ilə bağlı reqlament hazırlandı

İki Cəbrayılovun dağıtdığı BİR RAYON - AXI NİYƏ?..

Nigar Rəhimova qazini polisə verdi -SƏBƏB

Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO

Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?

Avstriyanın Prezidenti İlham Əliyevi Azərbaycanın milli bayramı münasibətilə təbrik edib

Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?

Bu cərimələr 10 gün ərzində ödənilərsə, güzəşt tətbiq ediləcək

İntiqam Babayevin yerinə yeni TƏYİNAT

DGK-nın “Azərterminalkompleks” Birliyinin 66 minlik tenderi baş tutmadı

“Worker” MMC-nin rəhbəri İlknur Abbasov xaricdə işə düzəltmə ilə vətəndaşları aldadır?

İcra başçıları nə qədər maaş alır? - SİYAHI

Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra

Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?

Azərbaycanda bu ödənişlər 10 dəfəyədək artırılır

Məhkəmə Ermənistana casusluqda ittiham olunan şəxsə ağır cəza verdi

Sürücülərin nəzərinə: Cərimələrlə bağlı yenilik

Bu şəxslər məsuliyyətə cəlb olunmayacaq

Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları -İstehlakçılar necə aldadılır?

“Azərbaycanda Yeni Kəbə inşa edilsin” - Deputat

Bu 3 içki Alzheimer riskini artırır

İrandan gələn bu ərzaq məhsulları bahalaşacaq

Azərbaycanla Türkmənistan arasında dəhliz: Nazir açıqladı

Bu yol bağlıdır - Sürücülərin nəzərinə!

Azərbaycanda valyuta əməliyyatları ilə bağlı tələb dəyişdi

Kim daha çox məşq etməlidir: Qadınlar, yoxsa kişilər?

İlham Əliyev "GlobE Network"un altıncı plenar iclasın iştirakçılarına müraciət etdi

Ən təhlükəli vulkan püskürə bilər - Turistlərə xəbərdarlıq

Bütün xəbərlər