“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub













İnformasiya texnologiyaları sahəsində ixtisaslı kadrların yetişməsinə xüsusi önəm verən “Nar”, bu sahədə təhsil alan gəncləri dəstəkləməyə davam edir. ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində mobil operator İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsi tələbələrinin təhsilini dəstəkləmək üçün ADA Universitetinin Təqaüd Fonduna öz töhfəsini verib.
Fevralın 21-də baş tutan növbəti “Akademik Mükəmməllik Günü”ndə Lütfi Zadə adına təqaüd sahiblərinin adı açıqlanıb. Qeyd edək ki, bu təqaüdə layiq görülən tələbələr bir semestrin təhsil haqqından tamamilə azad olunurlar.
Bundan başqa, “Nar” və ADA Universiteti arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş istiqamətlər sırasında startap layihələrini dəstəkləyən ADA İnnovasiya Mərkəzi ilə tərəfdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına “Nar” əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər də mövcuddur.
“Nar”-ın elm və təhsilin inkişafına yönəlik sosial layihələri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,9%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.
“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub


Oxunub: 529

Son xəbərlər

Fazil Mustafanın SON DURUMU

Bu istiqamətlər üzrə onlayn bilet almaq mümkün oldu

İran casus şəbəkəsinə qarşı daha bir əməliyyat - "Ustad ruhani" saxlanıldı

Lavrov Qarabağ məsələsini müzakirə etmək üçün aprelin 6-7-də Türkiyəyə səfər edəcək

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

Avstriyada müxalifət Zelenskinin çıxışı zamanı parlamenti tərk etdi

Misir Xeops piramidasını turistlər üçün bağlayır

ABŞ İrana təzminat ödəyəcək

Türkiyədə əyani tədrisə keçid edilir

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bir səlahiyyətini itirdi

Yeni tikilən evlər necə qazlaşdırılır? - VİDEO

Qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanıldı

“İcazə” blanklarının dövlət sərhədində kvotadan kənar verilməsi ləğv edilib

Günəşdə yeni X sinifli partlayış baş verdi: Yerdə hansı problemlərə səbəb oldu?

Yeni Agentliyin fəaliyyət istiqamətləri məlum oldu

Toyota rekord sayda avtomobil satıb

70 milyon illik nadir skelet rekord qiymətə satılacaq

London dünyanın əsas maliyyə mərkəzi kimi yeganə lider olmaqdan çıxdı

ABŞ Azərbaycan hakimiyyətini yenidən siyasi məhbusları azad etməyə çağırır

Peskov: Putinin Akkuyu AES-də Türkiyəyə səfəri ilə bağlı dəqiq qərar yoxdur

Zelenski Baxmut uğrunda mübarizənin vacibliyini vurğulayıb

Ticarət katibinin köməkçisi Ermənistan, Azərbaycan, Gürcüstan və Türkiyəyə səfər edəcək

Nashville atışmasından sonra "düşüncələr və dualar" kifayət deyil

Blinken İran və Əfqanıstanda qadınların əzmkarlığından danışıb

İran-Səudiyyə razılaşmasına nüvə proqramı, Yəmən üzrə razılaşma daxildir

TPP Britaniyanın üzvlüyünə razılaşmağa yaxın, 1-ci genişlənmə

Qazaxıstanlılar ən çox nədən ölürlər

Myanma xuntası devrilmiş lider Suu Kyinin partiyasını ləğv edib

Nazirlər Kabinetində yeni adlar vəzifəyə gələcək

Çin və ABŞ Ukrayna müharibəsinə son verə bilərmi?

Bütün xəbərlər