Dövlətin ayıracağı maddi yardım kimə şamil olunmalıdır? (EKSPERT)












“Düşünürəm ki, dövlətdən ayrılan maddi yardım bütün vətəndaşlara şamil olunmalıdır”.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli koronavirus pandemiyası ilə əlaqədar dövlətin vətəndaşlara verəcəyi maddi dəstəyin mexanizmlərindən danışarkən deyib. O bildirib ki, işçi qruplarında bunun bağlı iş gedir, müxtəlif təkliflərin müzakirəsi aparılır:
“Bu gün ya da sabah bununla bağlı rəsmi məlumat veriləcək. Düşünürəm ki, bu, bütün vətəndaşlara şamil olunmalıdır. Könüllülük prinsipi gətirilə bilər.
Çalışan, imkanı olan insanlar könüllü şəkildə bu vəsaitdən imtina etsələr, həmin vəsait daha az təminatlı ailələrə paylana bilər. Amma indiki durumda hamının vəziyyətini bir-bir araşdırmaq üçün dövlətin nə resursu, nə də zamanı var. Ona görə də dövlətin ayırdığı vəsaitin hamıya şamil olunması daha doğru olardı”.
Natiq Cəfərli bildirib ki, bunun mexanizmləri ilə bağlı problemlər yaşana bilər:
“Təəssüf ki, Azərbaycanda qeydiyyatda olan vətəndasların bir çoxu qeydiyyat ünvanlarında deyil, digər yerlərdə yaşayır. Ona görə çatdırılma ilə bağlı müəyyən problemlərin yaranması mümkündür. Bunun mexanizmini elə qurmaq lazımdır ki, icraçılar tərəfindən sui-istifadə, korrupsiya hallarına yol verilməsin. Çox vətəndaşların bank hesabları yoxdur. Ola bilsin ki, kimlərin ki bank hesabları var, həmin pul birbaşa ora köçürülsün. Kimlərin ki, hesabı yoxdur, yaşayış ünvanı ilə bu vəsait ona çatdırılsın. Hələ ki, dövlətin minimim əmək haqqı səviyyəsində dəstək olmağa imkanı var. Amma vəziyyət uzun çəksə, daha da pisləşsə, növbəti aylarda bunu təkrar etmək üçün büdcənin vəsaiti yetməyə bilər. Ona görə də bu yardım cəmi bir dəfə olacaq.
Azərbaycanda dövlət orqanlarında çalışan, büdcədən maliyyələşən 917 min insan var. Onların maaşlarının ödənilməsində heç bir problem yoxdur. Ola bilsin həmin insanları siyahıdan çıxarsınlar. Onlar isləsələr də, işləməsələr də maaşlarını alırlar. Hər halda bütün vətəndaşlara şamil olunması daha doğru olar”. (qaynarinfo)


Oxunub: 411

Son xəbərlər

“Rahat” MTK sakinləri ÇƏTİN DURUMA SALIB... - TOTAL NARAZILIQ

"Diktatora ölüm" - İranda etirazlar yenidən başlayıb

"Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar" - Prezident

"Azərbaycan Avropa ölkələri üçün önəm daşıyan ölkədir" - İlham Əliyev

Rusiya lideri Ukraynanı danışıqlara ÇAĞIRDI

Qadın əməyi qadağan olunan iş yerləri azaldılır

Evlərin alqı-satqısına dair prosedur dəyişir

Apteklərdə yod qıtlığının səbəbi AÇIQLANDI

“Qaz sayğacı zədələndikdə abonent nə etməlidir?” — AÇIQLAMA

Bu şəxslər 5 ilədək azadlıqdan məhrum ediləcək

Prezident onlara ali xüsusi rütbələr verdi - SƏRƏNCAM

“Başı keçəldir, elə bilir ki, hər şeyi bilir” — Nazirə SƏRT İTTİHAM

Soydaşlarımız “qaynar qazan”da: ajiotaj, repressiya, ümidsizlik... - İLGİNC GƏLİŞMƏ

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kriptovalyuta: Azərbaycanda qanuniləşdirilə bilər? - AKTUAL

Sabahdan Bakıda bal yarmarkası başlayır

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir

İlham Əliyev və Rumen Radev təkbətək görüşdü - FOTO

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Balakəndə sakinlərlə görüş keçirib

Göygöl Milli Parkına publik hüquqi şəxs statusu veriləcək

Şəhid adının əbədiləşdirilməsi qaydasına yenidən baxılsın - TƏKLİF

İlham Əliyev Bolqarıstana getdi

Tofiq Yaqublunun saxlanılma səbəbi AÇIQLANDI (YENİLƏNİB)

Milli Məclis bir neçə sazişi təsdiqlədi

Tofiq Yaqublu saxlanıldı

Aliment Fondunun yaradılması təklif olundu

Milli Məclisin payız sessiyasının ilk iclası başladı

Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?

Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?

“Vaşinqtonda sülhdən danışır, Parisdə isə hərbi qarşıdurmaya hazırlanır” - NƏ BAŞ VERİR?

Bütün xəbərlər