39 milyardı olan İlon Maskın 500 milyon dollar borcu var











Amerikalı iş adamı və sahibkar İlon Maskın aktivləri 39 milyard dollar dəyərində olsa da, əslində onun nəğd sərvəti azdır.

Dogruxeber.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, milyarderin maddi vəziyyətini "Wall Street Journal" araşdırıb.

Nəşrin məlumatına əsasən, Mask "Tesla" və "SpaceX" səhmlərini girov qoyaraq, kreditlər hesabına "dolanır".

Sahibkarın özü pula ehtiyacı olmadığını iddia etsə də, onun banklara borcu 500 milyon dolları ötüb. 2019-cu ildə o, "Tesla" səhmlərinin təxminən yarısını girov qoyub. O zaman səhmin dəyəri 15 milyard dollar təşkil edib.

2019-cu ildə Mask öz tvitində britaniyalı dalğıc Vernon Ansvortu “pedofil” adlandırdığı üçün 75.000 dollarlıq təzminat ödəməli olub. Həmin vaxt iş adamının vəkili müvəkkilinin kompensasiya ödəmək üçün kifayət qədər şəxsi vəsaitinin olmadığını və sərvətinin çox hissəsinin səhmlərdə olduğunu deyib.

Sahibkar "Tesla" səhmlərinin 20 faizinə sahibdir. Hazırda onların dəyəri 28 milyard dollardır. Lakin Mask qiymətli kağızları sata bilməz, əks halda şirkətə nəzarəti əldən verəcək.

"Tesla" səhmlərinin qiyməti müəyyən səviyyədən aşağı düşsə, banklar kreditlərin vaxtından əvvəl ödənilməsini və ya dəyər fərqini kompensasiya etməsini tələb edə bilər. Bu isə səhmlərin qiymətində əlavə enişə səbəb olacaq.

Lakin nəşrin bildirdiyinə əsasən, hazırda belə ssenari gözlənilmir, çünki 2020-ci ilin əvvəlindən "Tesla" şirkətinin səhmləri 96 faiz artıb.

Qeyd edək ki, may ayında Mask əmlakını satışa çıxarıb.


Oxunub: 519

Son xəbərlər

AMEA-nın professoru vəfat etdi

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bütün xəbərlər