Bakıda restoran sahibi və işçisi həbs edildi










Sabunçu rayonu Bakıxanov qəsəbəsində sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərən "pub" aşkar edilib.
Dogruxeber.az bildirir ki,Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı qəsəbənin R.Axundov küçəsində yerləşən "Kabak" restoranının sahibi Samir Qəhrəmanovun sanitar-karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi və müştərilər qəbul etdiyi məlum olub.
Hətta obyektin sahibi restoranın işlədiyi barədə xüsusi reklam çarxları hazırlayaraq sosial şəbəkələrdə yayıb.
Qeyd edək ki, Samir Qəhrəmanov və işçiləri məsuliyyətdən yayınmaq üçün avtomobili ilə obyektin qarşısında dayanan müştərilərə elə nəqliyyat vasitəsinin salonunda xidmət göstəriblər.
Bunun üçün S.Qəhrəmanov avtomobilin salonuna spirtli içkilər və yeməklər təqdim etmək üçün xüsusi qablar da düzəltdirib.
Obyektə və oranın mətbəxinə baxış zamanı yeməklərin adi sanitar-gigiyenik qaydalara belə əməl olunmadan hazırlandığı ortaya çıxıb. Tədbir zamanı obyektin ümumilikdə 11 işçisi və 7 müştərisi saxlanılaraq Polis İdarəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan Samir Qəhrəmanov və restoranın əməkdaşı Azad Böyükişiyev rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 10 və 30 sutka inzibati qaydada həbs edilib.

Əlavə edək ki, araşdırma zamanı A. Böyükişiyevin narkotik vasitə aludəçisi olduğu da məlum olub. Müştərilən və obyektin digər əməkdaşları barəsində isə Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək hər biri 100 manat cərimə olunublar.


Oxunub: 697

Son xəbərlər

Baş prokururluq Endokrinoloji Mərkəzdə yoxlamalar aparır- Rəhbər və həkimlər barədə araşdırma başlandı

"DOST" 3.3 milyonluq tenderini də bu şirkətə verdi

Qızılın qiyməti rekord vurur: Bahalaşmaya səbəb nədir?

Xankəndidə ölən erməni qadının meyiti Ermənistana aparıla bilər

Sabah 30 dərəcə isti olacaq

DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edib

Bu içkilər ağız xərçəngi yaradırmış

Bu iki bürc ciddi münasibətdən qaçır

Həkim erkən qırışların səbəblərini açıqladı

Rüstəm Xəlilov abadlıq işlərinə 1.5 milyon xərcləyəcək

Azərbaycanda 500 nəfər böyrək GÖZLƏYİR

Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Rəsmi Bakı Qırğızıstan və Tacikistan arasında sərhəd sazişini ALQIŞLADI

Prezident onları təltif etdi - SİYAHI

Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib

Kurskda kritik vəziyyət: Ukrayna ordusunun bütün yolları bağlandı

FHN "Qafqaznet"ə yenə tender verdi - Bu dəfə 262 min manat...

Külli miqdarda vergi borcu var - Bir ildə iki yeni şirkət açıb

Avrokomissiya prezidenti Rusiya əleyhinə sanksiyaların uzadıldığını təsdiqlədi

Milyarderlərin axın etdiyi ölkə rekord qırdı: nə Qətər, nə Səudiyyə, nə də Amerikadır...

Güləşçimiz Avropa çempionu oldu

Sivilizasiyadan uzaq: Təmasdan qaçan son tayfalar haqqında nə bilinir?

Azərbaycan - Ermənistan sülh danışıqlarının başa çatması tarixi məqamdır - Britaniyanın dövlət naziri

Qəbələdə yanğın: Sakinlər təxliyə edildi

Simonyan Rusiyadan təhdid olunur - "Məni və uşağımı hədələyir"

Özünü 5 il müddətinə prezident elan etdi

Xətaidə novruz şənliyi təşkil olunub

Temperatur 30 dərəcəyə yüksələcək

Mikayıl Cabbarovdan TOTAL İXTİSAR QƏRARI... - BU NƏDİ BELƏ?..

Bütün xəbərlər