hadise
20.05.2020, 17:48
Bakıda kişi şirkətin ofisinin qarşısında özünü yandırdı
Bakının Suraxanı rayonunda bir kişi özünü yandırıb.
Dogruxeber.az bildirir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hadisə mayın 19-da Bülbülə qəsəbəsində, Bakıdakı şirkətlərdən birinin baş ofisinin həyətində qeydə alınıb.
1981-ci il təvəllüdlü yerli sakin Zaur Əsədov üstünə benzin tökərək, özünü yandırıb. Hadisə şahidləri alovu söndürüblər.
Zərərçəkən 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq mərkəzinə yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir.