Bayramda ''Mall''-lar AÇILACAQ? - AÇIQLAMA





Mayın 24 və 25-i Azərbaycanda Ramazan bayramının qeyd edilməsi gözlənilir. Bayram günlərində iri ticarət mərkəzləri açıla bilərmi?

Bununla bağlı danışan deputat İqbal Məmmədov bildirib ki, bu kimi qərarları Operativ Qərargah verir

"Operativ Qərargah yoluxanların və sağalanların artma-azalma dinamikasına izləyərək, dünyadakı mövcud vəziyyəti analiz edərək ona uyğun qərarlar verir. Dövlətimizin və cənab prezidentin zamanında gördüyü qabaqlayıcı tədbirlər sayəsində koronavirusun ölkəmizin ərazisində yayılmasının qarşısı alındı. Bilirsiniz ki, iki ay ərzində 600 min nəfərə və sahibkarlara maddi yardımlar edildi. Təbii ki, bu addım vətəndaşlarımıza dövlətimizin və cənab prezidentin verdiyi dəyərin baris nümunəsidir.

Bilirsiniz ki, mərhələli şəkildə karantin rejimində yumşalmalar oldu. Həmin yumşalmalar nəticəsində insanların çox toplaşmadığı bir çox müəssisələr və kiçik ticarət mərkəzləri fəaliyyətinə icazə verildi. Son bir neçə günün statistikası insanların bu xəstəliyə biganə yanaşdığını göstərir. Təəssüf ki, insanlarımız sosial məsafə saxlanılmır, qoruyucu tibbi maska və əlcəklərdən istifadə etmir. Nəticədə ölkəmizdə yoluxanların sayı yüzü keçib.

Ona görə də iri ticarət mərkəzlərinin nə zaman açılacağı ilə bağlı hər hansı bir fikir səsləndirmək çətindir. Bu barədə dəqiq fikiri Operativ Qərargah deyə bilər. Ticarət mərkəzləri açılsa da sosial məsafə qorunmalı, oraya daxil olan insanların hərarəti ölçülməli, qoruyucu tibbi maskalardan istifadə məcburi olmalı və sanitar-gigyenik qaydalara tam əməl etməlidir. Bizim normal həyata qayıtmağımız insanlarımızdan asılıdır. Düşünürəm ki, vətəndaşlarımız qoyulan qaydalara riyaət etsələr normal həyatımıza tezliklə qayıda bilərik".


Oxunub: 437

Son xəbərlər

“1 manatlıq” taksilər yığışdırılır? — BNA rəsmisi danışdı

DSX-nin Akademiyasının binası YANIR

Xaricdən qanunsuz pul köçürmələri edənlər cəzalandırılacaq

Arzu Rəhimov onları rəis TƏYİN ETDİ

“Qarabağda azərbaycanlı qardaşlarımızla birlikdə olduq” - Ərdoğan

Şəhid Raquf Orucovun xanımına vəzifə verildi

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Zakir Sultanov Ali Məhkəməyə müraciət etdi

Azərbaycanda polkovnik ürəktutmasından vəfat etdi

Nazirin oğluna vəzifə verildi

Zelenski Donbasa getdi

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

"Tası dəyişsə də hamam köhnə hamamdı" - Şəmkirin su dərdi bitmir ki, bitmir... //VİDEO

Prezident Maqomed Səidoviç Qurbanova “Şöhrət” ordenini təqdim etdi

Ordumuzun əsgəri özünü güllələyərək ÖLDÜRDÜ

Aktrisa xərçəngdən öldü

Sabah yolları buz bağlayacaq

Putin Qırğızıstana səfər edəcək

Texnoloji nəhəng “Lenovo” Bakıda regional mərkəz yaradır - FOTOLAR

İlham Əliyev Dağıstanın rəhbərini qəbul etdi

"Tərtər işi" üzrə azadlığa buraxılan 19 nəfərin SİYAHISI

İlon Mask və Cef Bezos Bakıya gələ bilər

Dövlət bu borcları silə bilər - VİDEO

Milli Məclisin iclası başladı

Ermənistanda daha bir deputat mandatından istefa verdi

"Tərtər işi" ilə bağlı 10 nəfərə bəraət verildi

Pensiyalar bu tarixdə ödəniləcək

BMT Təhlükəsizlik Şurası yenidən toplanır

Bütün xəbərlər