Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, 50 avtomobil təqdim edildi













28 May - Respublika Günündə Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi olaraq bu kateqoriyadan olan vətəndaşlara 100 mənzil, habelə Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim edilib.

Dogruxeber.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a bildirilib ki, Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

Mənzil və avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Respublika Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifələrdən biri olduğunu qeyd edib.
V.Nəsirli Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısından bəhs edib. O bildirib ki, dövlət başçısının tapşırığı əsasında bu il də bütün sosial proqramlar tam icra edilməklə, bu proqramların əhəmiyyətli dərəcədə genişləndirilməsi təmin olunacaq.

Nazir müavini qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd mənzil və fərdi ev verilib. Prezident İlham Əliyevin tapşırığı əsasında, 2020-ci ildə isə bu kateqoriyadan olanlara azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Onlardan bu gün artıq 100 mənzil təqdim edilir. Beləliklə, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7 min 700-dək mənzil və fərdi ev təqdim edilib.

Bildirilib ki, Nazirlik tərəfindən müharibə əlillərinə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib. Bu gün daha 50 avtomobil müharibə əlillərinə təqdim edilir. (Bölgələrdə yaşayan Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan avtomobillər karantin dövrünün tələbləri nəzərə alınaraq, onlara Neftçala rayonunda verilir).

Bununla da nazirlik tərəfindən müharibə əlillərinə indiyədək 6 min 800 avtomobil verilib.

Tədbirdə şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.


Oxunub: 763

Son xəbərlər

Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma

Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video

İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"

Karqo şirkətlərinə xəbərdarlıq edildi

Apteklərlə bağlı yeni qaydalar: 200 manat cərimə...

Prezident Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub

Nəcməddinin “əməliyyatı”: 1337 əsgərmiz donub ölmüşdü…

Bakı-Tbilisi qatarı bu tarixdən açılır

Yol tikintisi zamanı üzərinə armatur düşdü, öldü

Səhərlər hiss edilən bu vəziyyət xərçəngin ilk əlaməti ola bilər

Müştərilər “Bolt”dan narazıdır… “Sürücüləri kobud, narkomandır…”

Bakıda hansı rayonlarda binaların söküləcəyi məlum oldu

"Enjoy Club"dan vəzifəli şəxslər niyə qovulub?

Qoşqar Təhməzli ilə Mədət Sadıqovun tender oyunu-13 milyon manat.....

Fərid Qayıbov bu vəzifədən uzaqlaşdırıldı

Məmməd Məmmədovun PLANI: İki kəndi bir-birinə DÜŞMƏN ETDİ

Onlar da Marsa göndərilir: Mask planları açıqladı

Rusiya ilə Hindistan arasında hərbi saziş imzalandı

Prezident və xanımı Ağdamda açılışda iştirak etdi

Sabah yenə yağış yağacaq

İlham Əliyev və Mehriban Əliyeva Ağdama səfər etdi

Vətəndaşlar içki və siqaretə nə qədər pul xərcləyirlər?

Vardanyana Prokurorlar subut etdi ki…..

Dollar almaq istəyənlərin nəzərinə

Gündüz yuxusunun beyin üçün faydası

“Yeni Klinika” bu işləri “Arash Medical Company” QSC-yə verdi

Qida Təhlükəsizliyi Agentliyinin 190 minlik tenderi ləğv edildi

Baba Rzayevin oğlu Mərdəkanda yeni ticarət obyekti tikir – Sənəd

Azərbaycan nefti bahalaşdı

Ödənişli yoldan istifadə edənlər üçün daha bir yenilik - VİDEO

Bütün xəbərlər