Lənkəran rayon İH-n əlil ailəsi ilə bağlı münasibət








Lənkəran rayonu Şağlaküçə kəndi sakini Məmmədov Rasim İdris oğlunun oğluna əlil arabasının verilməsi ilə bağlı bildiririk ki, Lənkəran rayonunun Şağlakücə kənd sakini Məmmədov Rasim İdris oğlu hazırda Şağlakücə kəndində atasına məxsus olan evdə yaşayır. Ailəlidir, 4 uşağı vardır. Oğlu 2004-cü il təvəllüdlü Məmmədzadə Amin Rasim oğlu isə sağlamlıq imkanları məhdud olan 18 yaşına çatmayan şəxsdir. ƏƏSMN yanında DSMF-nin Lənkəran şəhər şöbəsi tərəfindən uşağa qulluğa görə anaya 200 manat müavinət verilir. R. Məmmədovun həyat yoldaşı Lənkəran RMX-da şəkərli diabet xəstəsi kimi qeydiyyatdadır, o, lazım olan dərman vasitələri ilə təmin olunur. Rasim Məmmədov orta təhsillidir, hazırda Şağlakücə kəndində yerləşən maşın təmiri emalatxanasında maşın ustası işləyir. R. Məmmədovun sağlamlıq imkanları məhdud olan oğlu A. Məmmədzadənin əlil arabası ilə təmin olunması ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinə heç bir müraciət daxil olmamışdır. R. Məmmədov 06 noyabr 2019-cu il tarixdə oğlunun əlil arabası ilə təmin olunması ilə bağlı Lənkəran şəhər Uşaq Poliklinikasına müraciət etmiş və onun müraciətinə 12 dekabr 2019-cu ildə Həkim məsləhət komissiyasında baxılmışdır. Vətəndaşa Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Mərkəzinə təqdim etmək üçün 24 dekabr 2019-cu il tarixdə təyinat əsasında 0284003AAH00 nömrəli bildiriş təqdim edilmiş, lakin R. Məmmədov bildirişi götürməkdən imtina etmişdir. Ona qanunvericilik izah edilərək sağlamlıq imkanları məhdud olan oğlunun adına verilmiş bildirişin 6 ay müddətində Respublika Tibbi-Sosial Ekspert Mərkəzinə təqdim edilməsinin vacibliyi diqqətinə çatdırlmasına baxmayaraq, o həkimlərin qərarı ilə razılaşmamışdır.

Eyni zamanda şəhər İcra hakimiyyəti tərəfindən A.Məmmədzadənin əlil arabası ilə təmin olunması üçün zəruri sənədlərin toplanmasına və qısa müddətdə əlil arabası ilə təmin olunması ilə bağlı müvafiq tədbirlər görüldü.


Oxunub: 571

Son xəbərlər

"Rusiya və Ukrayna gizli danışıqlar aparır" - Herş

Yer kürəsində güclü maqnit qasırğası baş verib

Fahişəxana təşkil edən keçmiş icra başçısı SAXLANILDI

Bakı təhsilinin yeni rəhbəri kim olacaq? — “Artıq qeyd etməyə başlayıb…”

Şikəst adamı əsgər apardılar, sənəd vermədilər — ŞİKAYƏT (FOTO)

Məmmədyarov və Rəcəbov dünya reytinqində gerilədi

Sahil Babayevin AİLƏ PODRATI... - BU DA FAKT!!!

Prezident Bərzani ilə də görüşdü

Əgər qarşısı alınmasa...

Laçın işğaldan əvvəl, qələbədən sonra — VİDEO

TƏBİB: Bu şəxslərə qızılca əleyhinə peyvənd vurula bilməz

Lavrov Borrell və Blinkeni qorxaq adlandırdı

İsrail HƏMAS-ı məhv etmək üçün uzunmüddətli plan hazırlayır: yaraqlıları Türkiyədə öldürəcəklər

Məhkəmə "Abzas Media"nın daha bir əməkdaşı barəsində həbs qərarı verdi

Prezident Lukaşenko ilə görüşdü

Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər (VİDEO, FOTO)

BU NƏ SƏADƏT... BU NƏ İMKAN? - İLGİNC İDDİALAR...

Zeynəb Xanlarovanın nəvəsinə Milli Məclisdə vəzifə verildi

Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı - Nə baş verib?

DYP-dən maşınların şüşələrinə yazı yazanlara XƏBƏRDARLIQ

DİN-dən odlu silahlarla bağlı ÇAĞIRIŞ

Milli Məclisin xərcləri artırılır

Şənbə günü hava necə olacaq?

Bu gün ulduzlar nə deyir?

Yeni rayonun yaradılmasına görə büdcəyə dəyişiklik edilir

Suraxanıda bıçaqlanma

“Brent” nefti ucuzlaşdı

İİV-ə yoluxmamaq üçün hansı tədbirləri görmək lazımdır? - Həkimdən AÇIQLAMA

Ukrayna ordusu hücumdan müdafiəyə keçdi

İlham Əliyev Dünya İqlim Fəaliyyəti Sammitində

Bütün xəbərlər