dunya
16.06.2020, 10:51
Baş nazir xərçəngə qalib gəldi
Malayziya Baş naziri Muhyiddin Yassin mədəaltı vəzi xərçəngi xəstəliyinə qalib gəlib.
Dogruxeber.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.
Məlumata görə, həkim müayinəsində Baş nazirin bədənində xərçəng simptomlarına rast gəlinməyib.
M.Yassinin tez bir zamanda vəzifəsinin başına geri dönəcəyi bildirilir.
(Axar.az)